Prezident seçkiləri məsələsi Gürcüstan parlamentində Milli Hərəkat Partiyasının üzvü Nika Melia ilə Vətənpərvərlər Alyansı Partiyasının üzvləri İrma İnaşvili və Emzar Kvitsiani arasında əlbəyaxa davaya səbəb olub.
Nika Melianın bəyanatı Vətənpərvərlər Alyansı Partiyasının deputatlarını qıcıqlandırıb.
Deputat yenidən “Gürcü Arzusu” Partiyasını tənqid edərək onların seçkiləri saxtalaşdırdıqlarını bildiriblər. Bundan sonra isə reqlamentə uyğun olaraq İrma İnaşvili çıxış edib. Nika Melia isə onun sözünü bir neçə dəfə kəsib. İrma İnaşvili deputatı sakitləşməyə, dərman qəbul etməyə və açıq havaya çıxmağa çağırıb, sonra isə Nika Melianın yanına gedib və mübahisə edib.
Bundan sonra Gürcüstan parlamentinin iclas zalında vəziyyət gərginləşib. “Gürcü Arzusu”, Milli Hərəkat və Vətənpərvərlər Alyansı partiyalarının deputatları arasında fiziki qarşıdurma baş verib.
“Burada heç nə baş vermir, həmkarlarım, Milli Hərəkat Partiyası vəd etdiyimiz uğursuzluğu qəbul edə bilmir,” - deyə İrakli Kobaxidze parlament sədri tribunasından bildirib.
Daha sonra parlamentin sədri texniki fasilə elan edib. /report
Parlamentdə deputatlar əlbəyaxa oldu - VİDEO

Bölmənin xəbərləri