Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanı baş nazir postuna seçməkdən növbəti dəfə imtina edib. Bu isə o deməkdir ki, qanunverici orqana növbədənkənar seçkilər keçiriləcək.
Azərtac xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ara Babloyanın sözlərinə görə, Nikol Paşinyanın namizədliyi lehinə və əleyhinə heç bir deputat səs verməyib, 13 deputat isə bitərəf qalıb. Beləliklə, Paşinyan parlamentin buraxılmasına nail olub.
Ölkə konstitusiyasına əsasən, parlament buraxıldıqdan sonra prezident seçki gününü təyin edir. Paşinyan müvafiq fərmanı gözləmədən növbədənkənar seçkilərin dekabrın 9-da keçiriləcəyini bildirib.
Ermənistanda bu ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra siyasi anomaliya yaranıb. Miqyaslı küçə aksiyaları səbəbindən parlament Paşinyanı hökumət başçısı seçməyə məcbur olsa da, onun qanunverici orqanda çoxluğu yoxdur. Belə ki, Paşinyanı dəstəkləyən “Elk” fraksiyası cəmi 8 deputatdan ibarətdir. Əvvəlki hakim partiya (Respublika partiyası) 105 parlament mandatının 49-na sahibdir.
Siyasi proseslərin gedişi açıq-aydın göstərir ki, Paşinyan ölkədə bütün hakimiyyəti öz monopoliyasına almaq niyyətindədir və hadisələr buna doğru gedir.
Parlament Paşinyanı baş nazir seçməkdən imtina etdi

Bölmənin xəbərləri