Bərdə sakini dəfələrlə “Kapital Bank”a ərizə yazsa da, qarşılaşdığı problemi həll edə bilmir
“Hər dəfə həmin şəxs ödəməni gecikdirəndə, bank hesabatı mənimlə aparır, məni və ailəmi narahat edir”
Bərdə rayonu, Cəyirli kənd sakini Əhmədov İsmayıl Paşa oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Azərbaycandan kənarda olduğu müddətdə “Kapital Bank”dan onun adına 28 min manat kredit götürülüb:
“Mən, Əhmədov İsmayıl Paşa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Deməli, mən həmin vaxt Moskva şəhərində olduğum halda “Kapital Bank”da adıma 28 min manat kredit yazılıb. Guya, Sumqayıt şəhərində 3 otaqlı mənzil girov qoymuşam.
Həmin pulu başqa bir adam götürüb, amma sənədləşmədə mənim məlumatlarım qeyd olunub. Hər dəfə həmin şəxs ödəməni gecikdirəndə, bank hesabatı mənimlə aparır, məni və ailəmi narahat edir.
Bu məsələni hüquq müstəvisində həll etmək istədikdə isə, vəkilin məndən istədiyi 2-3 min manat pula gücüm çatmadı. Vəkillər mənə deyirlər ki, işi məhkəməyə versən, sənə 8 min manat kompensasiya düşəcək. Lakin vəkil tutmağa imkanım yoxdur, “Baravo” marketdə satıcı işləyirəm, 445 manat əmək haqqı alıram.
Dəfələrlə “Kapital Bank”da ərizə yazmışam, amma yenə də bu sənədləşmə adımdan çıxmır. Mənə məsləhət verirlər ki, məhkəməyə ver.
Bu, bank əməkdaşının səhvidir, buna görə mən niyə ziyana düşməliyəm?
“Kapital Bank” öz vəkillərini də bu işə yönəltmək istəmir. Çünki öz səhvləridir. Mənim isə adıma həm gecikmə düşür, həm də hər ay narahatçılığa məruz qalıram. Xahiş edirəm ki, mənim bu problemimi işıqlandırasınız”.
Məsələ ilə bağlı “Kapital Bank”ın qaynar xətti ilə əlaqə saxlasaq da, sualımıza cavab verəcək məsul şəxs tapılmadı…
Özü Moskvada olsa da, Bakıda adına 28 min manat kredit götürüldü – “KAPİTAL BANK”DA ŞOK DƏLƏDUZLUQ

Jalə FAMİLQIZI
Bölmənin xəbərləri