Ordu generalının itkisi Xankəndinin azadlığı ilə əvəzlənməlidir!

14/07/2020 - 15:21 7 378 7   0  

Azərbaycan xalqı və ordumuz Ermənistan-Azərbaycan sərhəddində gedən ağır döyüşlər zamanı  bir general olmaqla bir neçə yüksək rütbəli zabitlərini itirdi. Bu gün səhər saatlarında Tovuz istiqamətində gedən döyüşlərdə ordu generalımız Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu və mayor Novruzov Anar Gülverdi oğlunun şəhid olmaları azərbaycan xalqı və ordumuz üçün ən ağır itki oldu.

Cəbhə bölgəsində üç gündür Ermənistan tərəfinin azərbaycan ordusunu təxribata çəkməklə ağır artilleriya qurğularından hərbi birləşmələrimizin mövqelərinə və yaşayış məntəqələrinə ağır zərbələr endirməsi əsas verir ki, Azərbaycan ordusu işğalda olan cəbhə boyu mövqelərimizdən hücuma keçərək düşmənə layiqli cavab verməklə torpaqlarımızı işğaldan azad eləsin.

Düşünürəm ki, bir generalımızın itkisini Xankəndinin işğaldan azad olunması ilə əvəzləyə bilərik. Ordumuz və xalqımız buna hazırdır və döyüş əmri gözləyir!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qərbi Azərbaycan İrəvan Respublikasının Mətbuat Xidmətinin rəhbəri Təbriz Musayev