Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr 2019-cu ildə gündəlik hasilatı 2018-ci ilə nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.
Suveren.az bildirir ki, bu barədə OPEC konfransının sədri, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji naziri Süheyl əl-Məzrui OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşünün yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.
Qeyd olunub ki, bu həcmin sutkalıq 800 min barelini azaltmağı OPEC, gündəlik 400 min barelini azaltmağı isə OPEC+ ölkələri öz üzərinə götürüb. O da vurğulanıb ki, neft istehsalı 6 aylıq müddətə azaldılıb, bu qərar gələn ilin aprelində yenidən nəzərdən keçiriləcək.
Daha bir vacib məqam. Görüş iştirakçıları sözügedən razılaşmanı İran və Venesuelaya sanksiya tətbiqi, Liviyaya isə ölkədə silahlı qarşıdurmanın davam etdiyi üçün istisna qaydasında şamil etməməyə razılıq veriblər.
OPEC və qeyri-OPEC nazirlərinin növbəti görüşü 2019-cu ilin aprelində Vyanada keçiriləcək.
OPEC-ə üzv ölkələr razılığa gəldilər

Bölmənin xəbərləri