Virtualaz.org-un əməkdaşı akademik Fazil Qurbanova müraciət edərək, “Yeni Müsavat” qəzetində İ.Rəhimlini mədh edən bu sözləri şərh etməsini xahiş edib: “Rəhimovun fikrincə “AzərRos” federal milli mədəni muxtariyyəti Rusiya ilə millətlərarası əlaqələrin inkişafı strukturu baxımından əvəz edəcək Ümumrusiya Azərbaycan Konqresinin yaradılması təşəbbüsü Azərbaycanda heç də hamının ürəyincə olmadı”.
Akademik F.Qurbanov virtualaz.org-a müsahibəsində deyib: “Bu, həqiqətə uyğun deyil. Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin və RF prezidenti V.Putinin təşəbbüsü ilə yaradılıb. Azərbaycan prezidenti H.Əliyev qardaşım Aydın Qurbanova tapşırmışdı ki, təşkilatı məsələlərin həllinə kömək etsin. İlkin mərhələdə maliyyə məsələlərinin həllini elə o yerinə yetirirdi. İ.Rəhimli bu vaxt ərzində Rusiyadakı diaspor təşkilatlarına nə maddi, nə də mənəvi dəstək göstərməmişdi. Bu azmış kimi, onun heç bir əsası olmayan iddiaları yeni təşkilatın yaradılmasına mənfi təsir göstərmişdi”.
"O təşkilatı İlham Rəhimov yox, Əliyevlə Putin yaratmışdı..." - Fazil Qurbanov