“Azərbaycandan alacağımız ərazilər var” – Separatçılardan həyasız iddia

14/11/2018 - 21:56 23 674 0   0  

Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yeni hərbi blok yaradacaq.

Suveren.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Qarabağdakı separatçıların nümayəndəsi Vitali Balasanyan məlumat verib.

O, bu barədə sənədin artıq imzalandığını bildirib.

Vitali Balasanyan jurnalistlərə açıqlamasında öz həyasız iddiasını da dilə gətirib: “Qarabağda yaşayan insanların təhlükəsizliyinə zəmanət yoxdur. Buna görə də, belə bir blokun qurulmasına ehtiyac vardı. Digər yandan, hələ də Azərbaycandan alacağımız erməni əraziləri var”.

Vitali Balasanyan unudur ki, müasir Azərbaycan ordusu 1990-cı illərin əvvəllərindəki ordu deyil. Ən modern silah və sursatlarla təchiz olunmuş ordumuz 2016-cı ilin aprelində 4 günlük müharibə zamanı nəyə qadir olduğunu sübut etdi. Separatçıların yeni iddiaları, şübhəsiz ki, onların məhvilə nəticələnəcək.