Yaxın Şərqdə sui-qəsd müharibələrinin əsas hədəfi Qasim Süleymaninin hekayəsi:
Səudiyyə Ərəbistanının iranlı general Qasim Süleymaniyə sui-qəsd hazırlaması ilə bağlı məlumatlar yayılıb. ABŞ-ın “The New York Times” qəzeti yazır ki, vəliəhd-şahzadə Məhəmməd bin Salmanın yaxın ətrafında bəzi rəsmilərin İran vətəndaşlarına qarşı sui-qəsd planları olub.
Qəzetin iddiasına görə, 2017-ci ilin mart ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir toplantı keçirilib. Həmin toplantıda aralarında Ərəbistan kəşfiyyat xidmətinin sabiq rəis müavini, Qaşıqçı cinayəti ilə bağlı həbs olunmuş general əl-Asirinin də olduğu yüksək səviyyəli Səudiyyə rəsmiləri, İran İnqilab Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı Qasım Süleymaninin və Səudiyyə Ərəbistanının düşməni hesab edilən başqa bir iranlı səlahiyyətli şəxsin öldürülməsi planlarını müzakirə ediblər.
Maraqlıdır ki, Qaşıqçı araşdırmasını yaxından izləyən bir Səudiyyə rəsmisi sui-qəsd planının Səudiyyə Ərəbistanının rəsmi siyasətini əks etdirmədiyini deyib. Ancaq eyni zamanda xəbərdə Asirinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana xüsusilə yaxın olduğunu vurğulanıb.
Qeyd edək ki, əl-Asiri Səudiyyə Ərəbistan ordusunun generalı olub. 2015-ci ildə Yəmənə qarşı başladılan müdaxilədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın
rəsmi sözçüsü olub. Daha sonra isə onun Krallığın kəşfiyyat xidmətinin rəis müavini olduğu məlum olub. Bu ilin 20 oktyabrında Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalist Camal Qaşıqçının öldürüldüyünü rəsmən etiraf edib. Krallığın rəsmi açıqlamasında bu işə görə 18 nəfərin, o cümlədən Kəşfiyyat Xidmətinin rəis müavini əl-Asirinin də saxlanıldığını bəyan edib.
Əl-Asiri vəliəhd-şahzadəyə yaxın kadrlardan hesab olunur. Onun adının məhz Qaşıqçı işində hallanması şübhə yaratmadı. Çünki əgər belə bir qətl sifarişi olubsa, onu ən yaxın kadra verməsi ehtimal olunur. Təbii ki, hələlik bütün bunlar ehtimaldır.
Qasim Süleymaniyə sui-qəsd ehtimalına gəlincə, hələlik bu barədə nəsə demək tez olsa da, aydın məsələdir ki, hazırda İran və Səudiyyə Ərəbistanı arasında ciddi münaqişə var. 2015-ci ildə Həcc ziyarətində yüzlərlə iranlının da aralarında olduğu zəvvarların ölümündən sonra Tehran-Ər-Riyad münasibətləri pisləşib. Çünki buna qədər iki ölkənin maraqları Suriya, İraq, Yəmən, Livan kimi ölkələrdə toqquşurdu. Həcc zamanı baş verən kütləvi ölüm hadisəsi isə münasibətlərdəki soyuqluğu açıq gərginliyə çevirdi. Hətta Ərəbistanın İranın Məşhəd şəhərindəki konsulluğuna hücum edildi.
Təbii ki, hazırda İran və Səudiyyə Ərəbistanı birbaşa qarşı-qarşıya savaşmırlar. Baxmayaraq ki, son illərdə bu ehtimal da bir neçə dəfə gündəmə gəlib. Ancaq iki ölkə Yaxın Şərqin bir neçə münaqişə ocağında mandat (vəkalət – K.R.) savaşı
aparırlar. O da məlumdur ki, İranın Yaxın Şərqdə və ümumilikdə ölkə xaricindəki hərbi-kəşfiyyat əməliyyatlarına general Qasim Süleymani rəhbərlik edir. Çünki general Süleymani İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAh pasdaran – K.R.) xaricdə əməliyyatlar üzrə ixtisaslaşan “Qüds” briqadasına rəhbərlik edir. Livan, İraq, Suriya, Yəməndəki əməliyyatlarda İran adına məhz Süleymani fəaliyyət göstərir.
2014-cü ildə İŞİD Mosulu işğal etdikdən sonra cənuba Bağdada doğru irəliləyib şəhərə 50 kilometrlik məsafəyə çatanda, digər cəbhədə isə Ərbilə hücum edəndə İraq siyasi hakimiyyətinin. Eləcə də Bərzaninin köməyinə gələn ilk xarici qüvvə Süleymani idi. Məhz Qasim Süleymaninin birbaşa rəhbərliyi altında avqustda İraq qüvvələri ilk dəfə olaraq İraq ərazi vahidi türkmən Amirli qəsəbəsini İŞİD-dən azad etdi. Bu İŞİD-in aramsız qələbələr silsiləsinin qarşısında ilk ciddi dirəniş idi. Bundan sonra Qasim Süleymaninin fotoları İraqda tez-tez görünməyə başladı. Daha sonra isə Suriyada general Süleymaninin fotoları yayılmağa başladı. Onun Əbu Kamal şəhərinin azad edilməsi, Hələb ətrafında əməliyyatlarda fotoları yayılmağa başladı.
Yeri gəlmişkən, bir neçə ay əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti Qasim Süleymanini terrorçu siyahısına salıb. Ancaq eyni zamanda Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Küveyt və Oman da Süleymaninin “terrorçu” siyahısına salıb.
İranın əfsanəvi generalı Qasim Süleymani 1957-ci il martın 11-də İranın cənub-şərqində. Əfqanıstanla sərhədə yaxın Kirman vilayətinin Rabord kəndində anadan olub. Ailəsi çox kasıb olduğu üçün 13 yaşında məktəbi yarımçıq buraxaraq Kirmanda inşaatda işləməyə başlayır. Daha sonra Su İdarəsində işə başlayır. Onun məhz bu illərdə İranın hazırkı dini lideri Ayətullah Xameneyi ilə tanış olduğu, Kirmanda sürgündə olan gələcək dini liderin yaxın ətrafında yer aldığı bildirilir.
1970-ci illərdə İranda Şah əleyhinə etirazlara qoşulur. İslam İnqilabından sonra SEPAH-a qoşulur və burda 45 günlük təlim keçir.
Bu səbəbdən də Qasim Süleymaninin 5 il orta məktəb və 45 gün hərbi təlim təhsili olduğu deyilir. İran-İraq müharibəsinə qatılan Süleymani müharibə illərində hərb sahəsində bacarığı və istedadı ilə seçilir. Kürd üsyanlarının yatırılmasında. Eləcə də Sistan-Bəlucistan əyalətində terrorçu qruplara qarşı əməliyyatlara rəhbərlik edib və özünü qətiyyətli, tədbirli, Qərb mətbuatının yazdığı kimi, “anadangəlmə sərkərdə” bacarığı üzə çıxır. İran-İraq müharibəsindən sonra 41-ci “Sarallah” briqadasına komandir təyin olunur. 1997-ci ildə isə “SEPAH”-ın rəhbərliyinə gətirilir.
Qasim Süleymani növbəti dəfə Əfqanıstan və İraqın ABŞ ordusu tərəfindən işğalından sonra məşhurlaşır. Bu dəfə o həm Əfqanıstanın işğalı zamanı, həm də İraqda başlayan müqavimət müharibəsi zamanı parlayır. Süleymani İraqda ABŞ-a qarşı şiə müqavimət qruplarını yaradaraq təlim keçir. 2004-cü və 2006-cı illərdə baş verən savaşlarda şiə silahlı
qrupları, “Mehdi Ordusu”, “Bədr Briqadaları” və digər silahlı qruplaşmalar amerikalıların ciddi başağrısına çevrilir. 2006-cı ildə İsrail ordusu Livana hücum edir və gözlənilmədən ciddi müqavimətlə rastlaşır. 200 nəfərlik mobil qruplara bölünən Hizbullah döyüşçüləri İsrail ordusunun irəliləməsinin qarşısını alır. Nəticədə qısa müddətə nəzərdə tutulan hücum əməliyyatı 3 həftə uzanır və nəhayət İsrail atəşkəsə razılaşır. Həmin savaşın ön cəbhəsində Hizbullahın silahlı qanadının komandiri İmad Muğniyə olsa da, arxada Qasim Süleymani vardı. Məlum olduğu kimi, iki il sonra İsrail kəşfiyyatı ərəb ölkələrinin dəstəyi ilə Dəməşq yaxınlığında gizli yaşayan İmad Muğniyənin avtomobilini minalayaraq partladır. Ancaq Qasim Süleymani hələ də İsrail və ABŞ-ın kabusu olaraq qalır.
Ötən il ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo Qasim Süleymaniyə məktub yazaraq Suriyada öldürüləcək amerikalı əsgərlərə görə onun cavabdeh olduğunu bildirib. ancaq Süleymani məktubu qəbul etməyib.
Bütün bunlar göstərir ki, İranın sirli generalı, dini liderin “canlı şəhid” adlandırdığı Qasim Süleymaniyə sui-qəsd hazırlanması heç də təəccüblü hadisə deyil. ancaq bu sui-qəsdin tək Səudiyyə Ərəbistanının adına yazılması necə deyərlər, mənzərəni tam olaraq əks etdirmir. Çünki mediada Süleymani və daha bir neçə iranlı rəsmiyə qarşı sui-qəsd işində körfəz ölkələrinin və ABŞ-ın da adını hallanır. Həm də İsrail kəşfiyyatı ilə bağlı olan şəxslərlə birlikdə. Bu mənada Süleymaninin bölgədəki İran əleyhdarı qüvvələrin hədəfində olması necə
deyərlər, daha inandırıcıdır. Bu qəsd planının hələ 2016-cı ildə hazırlandığı, işin içində BƏƏ əmirinin müşaviri, Livan əsilli Amerika vətəndaşı Corc Nadir və İsrail kəşfiyyatına yaxın Coel Zamil adlı şəxs tərəfindən aparıldığı və bu məqsədlə 2016-2017-ci ildə bir sıra görüşlərin keçirildiyi iddia edilir. Ancaq adları keçənlər işin içində sui-qəsd planı olmadığı.
Ancaq İran hakimiyyətinin, eləcə də SEPAH-ın ifşa olunması planı olduğunu bildirib. Bunun əvəzinə isə sui-qəsdi həyata keçirmək üçün İngiltərədə yerləşən özəl bir şirkətin təklif olunduğu qeyd edilir.
Beləliklə, hər nə qədər qapalı saxlansa da, regionda gizli kəşfiyyat və sui-qəsd savaşının getdiyi artıq aşkarlanır. Şərq min il əvvəl olduğu kimi gizli sui-qəsdlərin “vətəni” olmaqda davam edir.
İranlı əfsanəvi generalı kim öldürmək istəyib?

Bölmənin xəbərləri