ABŞ-İran savaşında TARİXİ ŞANS: Ərdoğandan möhtəşəm gediş və İNANILMAZ QƏLƏBƏ

13/11/2018 - 21:55 22 927 0   0  

Noyabrın 5-də ABŞ İrana qarşı sanksiyaların ikinci paketini tətbiq etdi. Yeni sanksiyalar əsasən enerji sektoru və neft ixracına qarşı olduğu üçün İranın neft ixracının da azalması qaçılmazdır. İranın gündəlik 2 milyon barrel neft ixracının sanksiyalardan sonra 1 milyon barrelə qədər azalacağı gözlənilir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Vaşinqton İranın neft ixracının azalması ilə dünya bazarında yaranacaq kəsiri Kərkük nefti hesabına aradan qaldırmaq niyyətindədir.

Həm beynəlxalq, həm də İraqın mediasında yazılanlara görə, ABŞ Kərkük neftinin ən qısa müddətdə boru kəməri ilə Türkiyəyə ixrac edilməsi üçün Bağdad rəhbərliyinə təzyiq göstərir. İraqlı səlahiyyətlilər bu iddiaları rədd etsə də, mərkəzi hökumət Kərkük neftini boru xətti ilə ixrac etməsi halında, Türkiyə marşrutundan başqa bir alternativ görünmür.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il Şimali İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumu ilə əlaqədar “Şimali İraq rəhbərliyi nefti hansı xətlə satacaq?" Kran bizdə, kranı bağladığımız anda, o iş bitdi” söyləmişdi. ABŞ-ın yeni sanksiyalarından sonra Kərkük-Yumurtalıq boru kəmərinin açılması yenidən gündəmə gəlib.

Xatırladaq ki, kürd muxtariyyətinə bağlı Peşmərgə gücləri 2014-cü ilin iyununda Kərkükü İŞİD terror təşkilatının hücumlarından qorumaq bəhanəsi ilə İraq ordusunun boşaltdığı bölgələrə yerləşmişdi. Kərkük və onun neft yataqları təxminən 3 ildə Ərbilin nəzarəti altında qaldı. 2017-ci il sentyabrın 25-də kürd muxtariyyətinin keçirdiyi qeyri-qanuni müstəqillik referendumundan sonra mərkəzi hökumətin qüvvələri Kərkük və digər mübahisəli bölgələrdə əməliyyat təşkil etdi. Bağdad Kərkük və digər mübahisəli bölgələrdə nəzarəti təmin etdikdən sonra Kərkük neftinin boru xətti ilə Türkiyənin Ceyhan limanına ixracı da təxirə salındı.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) məlumatlarına görə, İraqda 150 milyard barrel neft ehtiyatı var. Kərkük isə Yaxın Şərqdəki ən zəngin neft yataqlarına malikdir. ABŞ-da yerləşən Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, İraq neftinin 18 faizi Kərkükdədir. 2017-ci il oktyabr tarixinə qədər gündəlik 300 min barrel Kərkük nefti boru xətti ilə Ceyhan limanına ixrac edilirdi.

İraqın mərkəzi hökuməti neftin kürd muxtariyyəti üzərindən ixracına müsbət yanaşmır və bunu təkbaşına etmək istəyir. Lakin mərkəzi hökumət bunu etmək üçün boru kəmərinə ehtiyacı var. Bağdad ötən il İŞİD tərəfindən partladılaraq yararsız hala gətirilən neft kəmərini bərpa edəcəyini açıqlamışdı. Lakin təxminən bir il vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə hər hansı addım atılmayıb.

Xatırladaq ki, İraq və İran neft nazirlikləri 2017-ci ilin oktyabrında Kərkük neftinin İrana ixracı məsələsində müqavilə imzalamışdı. Müqaviləyə əsasən, bu ilin fevralından etibarən İraq gündə 30 min barrel xam nefti tankerlərlə İrana göndərirdi.

Ötən ay isə İraq Kərkükdən İrana xam neft ixracını dayandırmağı qərara aldığını açıqlayıb. Bu qərar ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci paketini tətbiq etməsi ilə bağlıdır. İraq Neft Nazirliyinə yaxın iki mənbə keçmiş Baş nazir Heydər Abadinin oktyabrın ayının ortalarında kürd bölgəsinin hökuməti ilə Kərkük neftinin Ceyhan neft kəməri vasitəsilə ixracı məsələsində razılaşdıqlarını bildiriblər. Mənbələr bu müqavilənin yeni Baş nazir Adil Əbdülmehdi dövründə həyata keçəcəyini qeyd edib.