Türkiyənin İğdır bölgəsinə iş dalınca gələn əksər azərbaycanlı ailələrin övladları məktəb üzünə həsrət qalıb. Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Naxçıvan Muxtar Respublikasından qonşu ölkəyə gələn ailələr qeyri-qanuni yaşadıqlarından uşaqları da savadsız böyüyür.
Bu barədə Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey İğdır Hüsnü Özyegin məktəbində görüş zamanı bildirib.
O, qeyd edib ki, Türkiyədə qeyri-qanuni yaşayan və işləyən xeyli sayda erməni olsa da, onlar öz uşaqlarını qaçaq məktəblərdə oxutmağa nail olurlar.
“Türkiyədə 10 minlərlə qaçaq yaşayan əcnəbi var. Bunların 70 min nəfəri Ermənistandan köçüb gələnlərdir. Qaçaq ermənilərin əksəriyyəti İstanbulda məskunlaşıb və burada ermənilərə məxsus qaçaq məktəblərdə təhsil alırlar. Digər əcnəbi millətlərə təhsil hüququ əldə edirlər, amma qardaş ölkə olan Azərbaycandan vətəndaşlar təhsilsiz böyüməkdədirlər. Gəlin qardaş ölkənin övladlarına valideynlərinin etdiklərinin cəzasını ödətdirməyək, onları ən azı qonaq kimi oxudaq”.
İğdır Hüsnü Özyegin məktəbinin müdiri Ercan Bilən isə cavabında dövlətin bu mövzuda əcnəbi tələbələr üçün bəzi şərtləri olduğunu vurğulayıb. Bildirib ki, o şərtlərə əməl olunan təqdirdə, əcnəbilərin oxumaları ilə bağlı hər hansı problem yoxdur. (virtualaz.org)
İğdıra qazanc dalınca gedən azərbaycanlıların uşaqlarının məktəb dərdi

Bölmənin xəbərləri