Tacikistanda İŞİD-in Rusiyada terror aktı planlaşdıran qruplaşma üzvləri saxlanılıb

12/11/2018 - 23:36 16 501 0   0  

Bu barədə "Azadlıq Radiosu"nun ölkə üzrə xidməti – "Radio Ozodi" məlumat yayıb.

Məlumata görə, qruplaşma üzvləri Rusiyanın 210 saylı hərbi bazasında terror aktı törətməyi planlaşdırıb. Qruplaşma 12 nəfərdən ibarət olub. Ona Vahdat şəhərinin sakini Suhrob (radio onun soyadını açıqlamayıb - red) başçılıq edib. Qruplaşma rəhbəri noyabrın 4-də Tacikistanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, Qırğızıstan, İran və Türkiyə vasitəsilə Suriyaya gedərək İŞİD-in tərkibində ölkənin hökumət qüvvələrinə qarşı döyüşüb.