Böyük Britaniyanın nəqliyyat naziri istefa verdi

09/11/2018 - 22:11 13 393 0   0  

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Consonun qardaşı Co Conson Krallığın nəqliyyat naziri vəzifəsindən istefa verib.

O, Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sövdələşməni ("Brexit") "dəhşətli səhv" adlandırıb və məhz bu səbəbdən müvafiq addımı atdığını bildirib.

Co Conson həmçinin "Brexit"lə bağlı ikinci referendumun keçirilməsini təklif edib.