“Avtosell Lizing” şirkəti vətəndaşın avtomobilini qanunsuz olaraq əlindən alıb – ŞOK İDDİA

23/05/2023 - 13:42 4 228 1   0  

Bakı şəhəri, Xətai rayon sakini Rəhimov Asif Rəhman oğlu tərəfindən Suveren.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Haqsızlığa məruz qaldığını iddia edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Bu şikayətimdə yazıb bildidirəm ki, 25.01.2023-ci il tarixdə “Tufan Cars” MMC-nin sahibi Orucov Rahib Mirzə oğlu ilə aramızda müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, mən 27 aylıq “Toyota Prius” markalı, 77 PN 249 dövlət qeydiyyat nişanlı avtomobili almışam. Rahib Orucov ilə müqaviləyə əsasən, hazır “Avtosell Lizing” şirkətində lizinqdə olan avtomobili aylıq olaraq 519 manata götürmüşdüm.

Avtomobil 3 aydır məndədir və hər ayın 1-də 519 manat pulu qrafik üzrə Rahibə Orucova ödəmişəm. Bundan sonra şirkət mənə avtomobili idarə etmək üçün yol vərəqəsi vermişdir. Mən daimi olaraq ödənişləri Rahib Orucova ödəmişəm.

11.04.2023-cü il tarixdə, saat 12:00 radələrində “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olan zaman ağ rəngli avtomobilin sürücüsü mənə işarə etdi ki, maşını yolun kənarında saxlayım. Həmin avtomobildən düşən 4 nəfər şəxs “Avtosell Lizing” şirkətinin işçiləri olduqlarını bildirdilər. Mənə dedilər ki, Rahib Orucov ödənişləri etsə də, aralarında olan digər səbəblərə görə avtomobili onlara təhvil verməlidir. Mənə hədə-qorxu gəlib bildirdilər ki, nə istəyirsən et, avtomobil zorla da olsa şirkətə aparmalıdır.

Mən Rahib Orucova məlumat verdim, onlarla danışdıqdan sonra mənə dedi ki, tez polisə məlumat ver.

Mən avtomobilə görə Rahib Orucova 6500 manat pul ödəmişəm. Rahib Orucov isə “Avtosell Lizing” şirkətinə ödənişlər etmişdir deyə şirkət mənə yol vərəqəsi vermişdir.

Rahib Orucov onlardan iki dəfə bahali avtomobil alib, qısa müddət ərzində hər iki avtomobil xarab olub. Sonradan «Avtosell lizinq» sirkəti 2 avtomobilin əvəzinə, ona 6 “Toyota Prius” avtomobil təklif edib. Rahib Orucov isə razilasib, lakin sonradan o masinlarda da deffekt olub. Rahib Orucov həmin avtomobilləri onlara qaytardığı halda, ödədiyi pullari geri ala bilməyib.

“Avtosell Lizing” şirkətinin rəhbərliyi vəzifəsindən sui-istifadə edib, mənim avtomobilimi əlimdən qanunsuz olaraq almışdır. Bu cinayət əməlidir ki, onlar törədiblər.

Belə dələduzluqla məşğul olan şirkətin fəaliyyəti ciddi yoxlanılmalı, rəhbərliyi barədə qanuni və ciddi tədbirlər görülməlidir.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Azərbaycan Respubliaksının Baş Prokuroru cənab Kamran Əliyevdən və Azərbaycan Mərkəzi Bankının rəhbərindən xahiş edirəm ki, “Avtosell Lizing” şirkətinin fəaliyətini obyektiv araşdırıb, barələrində qanuni və ciddi tədbirlər görəsiniz”.

Suveren.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.