QARABAĞ QAZİSİNƏ QARŞI HAQSIZLIQ - Əsassız olaraq cərimələndi və... / Video

10/05/2023 - 13:51 3 487 0   0  

Şəmkir rayonu, Qaracəmirli kənd sakini, 44 günlük Qarabağ savaşının qazisi Paşayev Şəhriyar Sulduz oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Hazırda səhhətində ciddi problemlər olduğunu deyən Ş.Paşayev, bu səbəbdən iş tapa bilmədiyini, üstəlik qanunsuz olaraq 539 manat cərimə olunduğunu bildirir.

Qarabağ qazisi onu da vurğulayır ki, ona II qrup əlillik status verilməli olduğu halda, III qrup veriblər və sənədinə də “iş qabiliyyətinin olduğu” yazılıb.

Şikayətçinin redaksiyamız göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:

 

Jalə FAMİLQIZI