"Azərbaycanda vəziyyət nəzarətimizdədir" - SEPAH HƏDDİNİ AŞDI

04/05/2023 - 14:38 3 642 1   0  

SEPAH yenə Azərbaycana “ilişib”.

Suveren.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ( SEPAH) Qüds Qüvvələrinin komandanı Sərdar Qaani Qum tələbələri ilə görüşündə Azərbaycan Respublikasında vəziyyətin nəzarət altında olduğunu bildirib.

O, Azərbaycan-İran münasibətləri ilə bağlı heç bir narahatlığın olmadığını deyib.

“Azərbaycan üçün narahat olmayın, vəziyyət müşahidə altındadır. Xüsusi bir şey olmayacaq”, – deyə SEPAH komandiri sərsəmləyib.