3 may-Ümumdünya Mətbuat Azadlığı Günündə "Sərhədsiz reportyorlar" Dünya Mətbuat Azadlığı İndeksi də daxil olmaqla, dünyada KİV və jurnalistlərin vəziyyətinə dair bir sıra hesabat və araşdırmalar dərc edib.
2023-cü ildə İndeks 180 ölkədə vəziyyəti qiymətləndirib, bunlardan 31 ölkədə vəziyyət "çox pis", 42 ölkədə "pis", 55 ölkədə "problemli" və 52 ölkədə "yaxşıdır". Yəni, dünyanın on ölkəsindən yeddisində jurnalistika üçün mühit "pisdir".
Bu il Azərbaycan 151-ci yeri tutub (ötən il 152), vəziyyətin "çox pis" olduğu ölkələr sırasında qalıb.
Norveç ardıcıl yeddi il birinci yeri tutur, İrlandiya ikinci, Danimarka üçüncü yerdədir.
İndeksin aşağı hissəsində son üç yeri Vyetnam (178-ci), Çin ( 179) və Şimali Koreya (180-ci) tutur.
"Dünya Mətbuat Azadlığı İndeksi vəziyyətdə böyük dəyişikliyi, böyük enmə-qalxmaları və Braziliyanın 18-ci yerə yüksəlməsi, Seneqalın isə 31-ci yerə düşməsi kimi görünməmiş dəyişiklikləri göstərir.
"Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar hesab edir ki, bu qeyri- sabitlik bir çox ölkədə hakimiyyətlərin aqressivliyinin, jurnalistlərə qarşı düşmənçiliyin, habelə saxta və dezinformasiyaların artmasının nəticəsidir.
Belə ki, respondentlərin əksəriyyəti bildiriblər ki, onların ölkələrində siyasi xadimlər tez-tez və ya sistematik olaraq kütləvi dezinformasiya və ya təbliğat kampaniyalarını təşkil edirlər və ya onlarda iştirak edirlər. Kontentə müdaxilə imkanları həqiqi jurnalistikanın işini pozur, onun rolunu və təsirini zəiflədir.
Dezinformasiya industriyası böyük miqyasda manipulyativ kontent yayır. Son vaxtlar sifarişlə kontenti sintez edə bilən Süni intellekt bunda əhəmiyyətli rol oynayır. Belə ki, Midjourney-in beşinci versiyası - süni intellekt proqramı sifarişə cavab olaraq yüksək dəqiqlikli təsvirlər generasiya edir və sosial şəbəkələri inandırıcı, lakin saxta "fotoşəkillərlə" doldurur.
Kütləvi dezinformasiya, təbliğat və mətbuat hüquqlarının pozulmasının məkanı Rusiya olub, 9 bənd enərək 164-cü yerə düşüb.
Türkiyədə də vəziyyət kəskin pisləşib, ölkə 16 pillə geriləyərək 165-ci yerə düşüb. Ərdoğan administrasiyası mayın 14-də keçiriləcək seçkilər ərəfəsində jurnalistlərin təqibini gücləndirib.
İranda (177-ci yer) etirazların sərt şəkildə yatırılması, İnternetin kəsilməsi və jurnalistlərin təqib edilməsi vəziyyəti xeyli pisləşdirib.
Avropa İttifaqı ölkələri dünyada jurnalistlərin işləməsinin ən rahat olduğu region olaraq qalır, baxmayaraq ki, Yunanıstanda (107-ci yer) hakimiyyət casus proqramının köməyilə jurnalistlərə nəzarəti gücləndirib.
İndeksdə keçmiş SSRİ respublikaları aşağıdakı yerləri tutublar: Moldova – 28, Ermənistan – 49, Gürcüstan - 77, Ukrayna -79, Qırğızıstan – 122, Qazaxıstan - 134, Özbəkistan – 137, Tacikistan - 153, Türkmənistan-176.
Dünya Mətbuat Azadlığı İndeksi müxtəlif ölkələrdən media sahəsində ekspertlər və jurnalistlər qrupunun metodologiyasına əsasən tərtib edilib. Metodologiya mətbuat azadlığının dərəcəsini, əsasən "jurnalistlərin xəbərləri seçmək, istehsal etmək və yaymaq qabiliyyətini, həmçinin onlara siyasi, iqtisadi, hüquqi, fiziki və psixoloji təzyiqlərin olmasını nəzərə alır. Həmçinin jurnalistlərə və KİV-ə qarşı sui-istifadə halları da nəzərə alınır.
"Azərbaycan hələ də vəziyyətin “çox pis” olduğu ölkələr arasındadır" - "SƏRHƏDSİZ REPORTYORLAR" MEDİANIN DURUMU HAQDA

TURAN
Bölmənin xəbərləri