Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədovun jurnalist Mehman Hüseynova müsahibəsilə bağlı məsələyə baxacaq. Bu barədə qərar aprelin 25-də plenar iclasda qəbul edilib.
Həmin müsahibədə Əhmədov bəzi deputatların qanunu pozaraq bizneslə məşğul olduqlarını bildirib, hökumətin fəaliyyətini tənqid edib. Bu səbəbdən həmkarlarının tənqidlərinə tuş gəlib.
Bu, deputatların narazılığına səbəb olub və onlar qəzəbli çıxışlarla Əhmədovun üstünə düşüblər.
Onlar Vahid Əhmədovun Mehman Hüseynova müsahibə verməsini düzgün hesab etməyiblər.
Xatırladaq ki, bu ilk belə hal deyil ki, baş verir. Bundan əvvəl deputat Erkin Qədirlinin Mehman Hüseynova verdiyi müsahibə də parlamentdə narazılıq yaratmışdı.
Bu nə deməkdir? Niyə deputat öz fikirlərini istədiyi mediaya açıq söyləyə bilməz? Parlament üzvləri nədən narahatdırlar? Deputatlara danışmaq qadağası qoyulub?
Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.
* * *
Sual: Mirəli bəy, bildiyiniz kimi deputat Vahid Əhmədovun Mehman Hüseynova verdiyi müsahibədə söylədiyi fikirlər parlament üzvlərinin narazılığına səbəb olub və Milli Məclisin İntizam Komissiyası deputatın müsahibədə dedikləri ilə bağlı məsələyə baxacaq. Sizcə, bir deputat hansısa bir mediaya verdiyi müsahibəyə görə cəzalanması nə dərəcə doğru addımdır?
Cavab: Sualınıza cavab verməzdən öncə onu bildirim ki, deputatın hər hansı mediaya müsahibə verməsinə görə cəzalanması ilə bağlı çağırışların olması təəssüf doğurur. Bundan daha betəri isə bu cür çağırışların məhz deputatların özləri tərəfindən edilməsidir. Normal məntiqlə deputatlar öz həmkarlarının haqlı mövqeyini müdafiə etməli və onunla həmrəylik nümayiş etdirməli idilər. Təəssüf ki, biz tamamilə bunun əksini görürürk. Etdirmirlərsə, bu onların öz işidir və seçicilərdən başqa kimsə onları tutduqları mövqeyə görə qınaya və ya onlardan izahat tələb edə bilməz. Lakin bu cür məsuliyyətsiz bəyanatlarla müəyyən deputatlar başqa bir qınanılacaq nəticəni nümayiş etdirmiş olurlar. Əslində bu həm də onların Milli Məclis deputatının söylədiyi fikrə görə məsuliyyətə cəlb edilməsini istisna edən Konstitusiyanın 91-ci maddəsinin tələblərindən də xəbərsiz olduqlarını və yaxud dilə gətirmək istəmədiklərini nümayiş etdirir. Hər iki halda seçicilərdən mandat alan bir deputat üçün bu xoşagələn hal hesab edilə bilməz.
Sual: Deputat həmin müsahibədə nə deyib ki, bu qədər qəzəbə səbəb olub? Yəni deputatın müsahibədə dediklərində İntizam Komissiyasında baxılacaq qədər nələrsə varmı? Həmin fikirlərdə deputat hansısa hüquqi və ya qanuni prosedurları həqiqətən pozubmu?
Cavab: Hesab etmirəm ki, deputat Vahid Əhmədovun müsahibəsində onun məsələsini İntizam Komissiyasına daşımağa əsas verən fikirlər yer alıb. Müstəqil deputat olaraq V. Əhmədov mövcud vəziyyətə özünün subyektiv baxışlarını ifadə edib. Bu tamamilə təbii bir haldır ki, kimlərsə üçün məqbul hesab edilən bir vəziyyət, digər üçün tamamilə başqa cür ola bilər. Yəni baxış bucaqlarının, prosesləri qiymətləndirmə meyarlarının tamamilə fərqli olması nəinki normal bir hal, həm də ümumilikdə işin xeyrinədir. Problemi gizlətmək deyil, onu səsləndirmək bütün hallarda ictimai maraqlara, onun həllinə xidmət edir. Əgər həyata keçirilən siyasət, mövcud durum kimsəni qane etmirsə, bu o demək deyil ki, onun tənqid hüququ olmamalıdır. Tənqidə görə hüquqi məsuliyyət nəzərdə tutulubsa, bu halda deputatın məsuliyyət daşıdığını demək mümkündür. Əgər bu yoxdursa, hansı məsuliyyətdən və yaxud etik qaydaların pozulmasından söhbət gedə bilər.
Sual: Bu ilk belə hal deyil ki, baş verir. Bundan əvvəl deputat Erkin Qədirlinin Mehman Hüseynova verdiyi müsahibə parlament üzvlərinin narazılığına və qəzəbinə səbəb olmuşdu. Burdan hansı nəticə çıxarmaq olar? Yəni deputatlara “gündəlikdən” kənar danışmaq qadağası qoyulub? Və ya bəlli medialardan başqa medialara və ya jurnalistlərə açıqlama verməmək tapşırılıb? Ola bilərmi?
Cavab: Əgər müəyyən davranışlar və ritorika təkrarlanırsa, bu halda nəinki sizin mülahizələrinizin heç biri kənara qoyula bilməz, hətta bir az da irəli gedib daha çox mülahizələr irəli sürmək mümkündür. Bütün hallarda məqsədi qiymətləndirməyə cəhdimizin nəticə etibarilə yenə də subyektiv olması istisna deyil. Mövcud şəraitdə subyektiv olmayan bir həqiqət varsa, bu da məqsədin nə olmasından asılı olmayaraq bəlli davranışların deputatlarda “özünəsenzura”nın güclənməsinə və tənqidi səslərin daha da zəifəməsinə təsirsiz ötüşməməsi olacaq.
Sual: İntizam Komissiyası deputatı necə cəzalandıra bilər? Və ya sualı belə qoyaq, Vahid Əhmədovu hansı cəzalar gözləyə bilər?
Cavab: İntizam Komissiyası deputatı aşağıdakı 3 halda parlamentdaxili məsuliyyətə cəlb edə bilər:
1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarını pozduqda;
2. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq tələblərini pozduqda və;
3. Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə. Bu əsaslardan hər hansı biri olaraq Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirlərindən biri tətbiq edilir.
V. Əhmədova münasibətdə isə xəbərdarlıq, töhmət və deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirlərinin tətbiq edilməsi mümkündür.
Sual: Vahid Əhmədov çıxışında deyib ki, bu qalmaqalın arxasında kimin dayandığını bilir. Bu nədən xəbər verir? Sizcə, Vahid Əhmədov bununla nə demək istəyib?
Cavab: Vahid Əhmədov sıradan bir deputat deyil. Uzun müddət parlamentdə təmsilçilyi, ondan öncə isə müxtəlif hakimiyyətlərlə işləməsi ona mövcud həqiqətlər və güclər haqqında dəqiq məlumatlı olmağa imkan verir. Ciddi reputasiyaya və təcrübəyə malik olan bir şəxsin sözü havaya demədiyi bəllidir. Bununla o, ola bilsin kimlərəsə müəyyən mesajlarını verib. Lakin bu mesajları güman ki, onun özündən və mesajın ünvanlandığı şəxslərdən başqa kimsənin bilməsi ehtimaldan o yana deyil.
Sual: Son olaraq, fərqli fikirin Azərbaycanda və eləcə də hakimiyyət tərəfindən, parlamentdə normal qəbul olunması üçün nələr olmalıdır?
Cavab: Bu sistemə və insanlara baglı məsələdir. Sistem demokratik olarsa və insanlar demokratiyanın mahiyyətini və əhəmiyyətini doğru anlamış olarlarsa, fərqli fikilərə də açıq və dözümlülük artmış olacaq. Bunun birdən-birə, qısa bir zamanda formalaşacağını düşünmək sadəlövhlük olar. İctimai münasibətlərin, xüsusilə ictimai şüurun dəyişməsi zaman məsələsidir. Lakin zamandan səmərəli istifadə edilməyəcəksə və tərəqqiyə səy göstərilməyəcəksə, nəticələr də dəyişməz qalacaq.
Vahid Əhmədova cəza, deputatlara isə “özünüsenzura” xəbərdarlığı…
Kamran Mahmudov

Bölmənin xəbərləri