“Rusiya yeni səfərbərlik elan etməsə və xaricdən silah tədarükü dayansa, yaxın aylarda Ukraynada hərbi əməliyyatları davam etdirməkdə çətinliklə üzləşəcək. Nəticədə Rusiya yeni ərazilər ələ keçirməkdənsə, işğal etdiyi əraziləriləri özündə saxlamağa çalışacaq”.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyatı idarəsinin direktoru Avril Hayns Senatın Kəşfiyyat Komitəsinin qlobal təhdidlərlə bağlı iclasında deyib.
O, Rusiya-Ukrayna müharibəsinin tərəflərin bir-birini yormağa çalışdığı mərhələyə keçdiyini, hərbi üstünlüyün olmadığını bildirib:“Rusiya Baxmut bölgəsində müəyyən irəliləyişlərə nail olsa da, bu strateji hədəf deyil. Digər tərəfdən, Rusiya ordusu şəxsi heyət və sursat çatışmazlığı, komandanlıq xəttində disfunksiya, əsgərlər arasında tükənmişlik kimi bir çox problemlərlə üzləşib”.
Rusiyanın hərbi itkilərinin artdığını ifadə edən Hayns qeyd edİb kİ, Rusiya Prezidenti Vladimir Putinin bu müharibə ilə ordusunun gücünü görə bilib və daha adekvat hədəflərə yönəlib.
“İxraca qoyulan məhdudiyyətlər və sanksiyalar Rusiyanın müharibədəki vəziyyətini çətinləşdirir. Xüsusən də onun silah sistemlərinin istehsalı üçün lazım olan xarici hissələrə çıxışını məhdudlaşdırır. Rusiya məcburi səfərbərliyə başlamasa və əhəmiyyətli silah-sursat tədarükü əldə edə bilməsə, qarşıdakı aylarda onun hücum əməliyyatlarını davam etdirməsi çətinləşəcək. Rusiya ordusunun bu il böyük əraziləri ələ keçirəcək qədər güc toplaya biləcəyini proqnozlaşdırmırıq”- deyə, o, bildirib.
Hayns bildirib ki, Putin zamanı lehinə çevrimək və Ukraynadakı strateji məqsədlərinə çatmaq üçün müharibəni uzada və ya müəyyən müddətə fasilə verə bilər.
Ukraynanın da qarşısında böyük maneələrin olduğunu bildirən Hayns, Kiyev rəhbərliyinin itkilər nəticəsində bütün ehtiyat qüvvələrini və texnikalarını döyüş bölgəsinə aparmaq məcburiyyətində qala biləcəyini deyib.
Çin və Rusiya arasında əlaqələrin dərinləşdiyini bildirən Hayns iki ölkə arasında münasibətlərdə müəyyən məhdudiyyətlərin olduğunu və bu əlaqənin NATO müttəfiqliyinə bənzər bir əlaqəyə çevrilməyəcəyini bildirib: “Biz onların münaqişədə Rusiyanı dəstəklədiklərini görürük. Ancaq onu da görürük ki, Çin verilən yardımın səviyyəsindən getdikcə narahat olur və artıq bunu ictimaiyyətə görünməyən şəkildə etməyə çalışır”.
Hayns qapalı iclasda verilən yardımın təfərrüatlarını açıqlayacağını bildirib.
RUSİYA-UKRAYNA MÜHARİBƏSİNƏ FASİLƏ VERİLİR? - ABŞ-ın kəşfiyyat şefindən yeni iddia

Bölmənin xəbərləri