TAYVAN MÜDAFİƏNİ GÜCLƏNDİRİR - Çinin təlimlərinə cavab olaraq…

05/08/2022 - 11:29 3 074 0   0  

Tayvan ordusu Çin hərbi təlimlərini izləmək üçün təyyarə və gəmilər göndərib. Adada yerüstü raket sistemləri yerləşdirilib.

Suveren.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarə Çin ordusunun hava və dəniz təlimlərini “son dərəcə təxribatçı” hesab edir. Tayvanın baş qərargah rəisi Tsai İnq-ven Çinin ada ətrafındakı təlimlərini “məsuliyyətsiz addım” adlandırıb. O, video-müraciətində Pekini sağlam düşüncə və təmkinli olmağa çağırıb.

Tayvan administrasiyası yerli limanların və hava limanlarının rahat işləməsini təmin etməyə, həmçinin maliyyə bazarlarını sabitləşdirməyə çalışır.

Adanın yaxınlığında təhlükəli şəkildə hərbi təlimlər keçirilir və Çin təyyarələri və gəmiləri Tayvan boğazının orta xəttini bir neçə dəfə keçib. Hətta əraziyə bir neçə raket də atılıb.