Şahzadə Evqeniyanın əri Cek Brooksbank Portuqaliyada yerli daşınmaz əmlak şirkətlərindən birində yeni işə düzəlib. İndi cütlük yeni bir ölkəyə köçmək məcburiyyətindədir.
Suveren.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Cek Brooksbank Corc Kluninin yaxın dostu, milyarder Mayk Meldrumun şirkətində işləyəcək. Kraliçanın nəvəsinin əri Lissabonun cənubunda iş adamının qolf klubunu inkişaf etdirməli və satış, marketinq və tanıtım fəaliyyəti ilə məşğul olmalıdır. Hazırda özəl kurortda 300-ə yaxın ev var.
"Cek indi Mike Meldrum üçün işləyir və onlar Portuqaliya ilə London arasında yaşayırlar. Bu, onlar üçün çox həyəcanlı bir zamandır", - nəşr yazır
Böyük Britaniyada Şahzadə Evqeniya ailəsi ilə birlikdə Windsor mülkündə yerləşən “Frogmore” kottecində yaşayır. Əvvəllər bu evdə, 2020-ci ilin yanvar ayında kral ailəsinin yüksək vəzifəli üzvləri kimi xidmət etməkdən imtina edən Meqan Markl və Prins Harri yaşayırdı.
“The Sun” xəbər verir ki, cütlük kottecdəki icarə müddətini uzadıb. Bu, çox güman ki, onların Böyük Britaniyada daha çox vaxt keçirmək istəyindən xəbər verir.
Şahzadə Evqeniya əri və oğlu ilə birlikdə Portuqaliyaya köçəcək

Suveren.az