İsveç və Finlandiya NATO-ya üzvlük üçün rəsmən müraciət etdilər - FOTO

18/05/2022 - 11:36 3 192 0   0  

İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər.

“Twitter”də “İsveç NATO-da” və “Finlandiya NATO-da” səhifələrində xəbər verilir ki, müraciətlər bu ölkələrin Alyansdakı səfirləri tərəfindən ötürülüb.

"Tarixi gün! Bu gün İsveç və Finlandiya öz ölkələrinin NATO-ya üzvlük üçün müraciət etməkdə maraqlı olduqlarını bildirən məktublar göndərirlər", - məlumatda deyilir.

NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” səhifəsində yazıb ki, bu ölkələrin üzvlük ərizələrini qəbul etməkdən şərəf duyur.

"Təhlükəsizliyimiz üçün kritik bir zamanda yaxşı gündür. Müraciətləriniz tarixi bir addımdır", - o deyib.

Alyansın saytında müraciətin NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutduğu bildirilir.

Suveren.az