“Putinin Mariupoldakı “Azovstal” zavoduna hücumdan imtina etməsi, ehtimal ki, Ukraynanın şərqində yerləşdirmək üçün Rusiya qüvvələrini azad etmək istəyindən xəbər verir”.
Suveren.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının “Twitter”dəki hesabatında deyilir.
Kəşfiyyat xidməti bildirir ki, Rusiyanın zavoda tammiqyaslı hücumu əhəmiyyətli itkilərə səbəb olacar və ümumi döyüş effektivliyini daha da azalda bilərdi. Bu baxımdan, Putin belə bir qərar vermək məcburiyyətində qaldı.
Bununla belə, Rusiya Popasna daxil olmaqla, daha da irəliləməyə çalışdığı üçün Donbasın şərqində güclü atəş və döyüşlər davam edir.
"Ruslar hələ də çoxsaylı itkilər verirlər. Tükənmiş qüvvələrini bərpa etməyə çalışmaq üçün onlar işlək olmayan avadanlığın təmir üçün Rusiyaya qaytarılmasına əl atıblar", - Britaniya kəşfiyyatının hesabatında deyilir.
PUTİN “AZOVSTAL”A HÜCUMUN QARŞISINI NİYƏ ALDI? - Britaniya kəşfiyyatı bunun səbəblərini açıqladı…
“Putinin Mariupoldakı “Azovstal” zavoduna hücumdan imtina etməsi, ehtimal ki, Ukraynanın şərqində yerləşdirmək üçün Rusiya qüvvələrini azad etmək istəyindən xəbər verir”.
Suveren.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının “Twitter”dəki hesabatında deyilir.
Kəşfiyyat xidməti bildirir ki, Rusiyanın zavoda tammiqyaslı hücumu əhəmiyyətli itkilərə səbəb olacar və ümumi döyüş effektivliyini daha da azalda bilərdi. Bu baxımdan, Putin belə bir qərar vermək məcburiyyətində qaldı.
Bununla belə, Rusiya Popasna daxil olmaqla, daha da irəliləməyə çalışdığı üçün Donbasın şərqində güclü atəş və döyüşlər davam edir.
"Ruslar hələ də çoxsaylı itkilər verirlər. Tükənmiş qüvvələrini bərpa etməyə çalışmaq üçün onlar işlək olmayan avadanlığın təmir üçün Rusiyaya qaytarılmasına əl atıblar", - Britaniya kəşfiyyatının hesabatında deyilir.
Bölmənin xəbərləri