Prezident Vladimir Zelenski Ukraynanın müharibəni dayandırmaq üçün danışıqlar çərçivəsində Rusiyadan sənəd layihəsi aldığını təsdiqləmir.
Suveren.az “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə o, Kiyevdə Avropa Şurasının prezidenti Şarl Mişellə görüşdən sonra jurnalistlərə bildirib.
Jurnalistin sualına o, Rusiyadan gələn təklifləri nəinki görmədiyini, hətta belə təkliflərin olmadığına əmin olduğunu deyib.
O, Dmitri Peskovun “top Kiyevin tərəfindədir” sözlərinə də münasibət bildirib.
"Prinsipcə, əvvəllər yaxşı futbol oynayırdım. Orada hansı qaydalar var: iki komanda və topa sahib olmaq lazımdır. Burada mənə elə gəlir ki, Peskov özü ilə futbol oynayır. Biz qapıya necə vurduğumuzu mütləq göstərəcəyik. Biz topu verən kimi onlar da verəcəklər”, - Zelenski əlavə edib.
Xatırladaq ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın nizamlanma ilə bağlı sənəd layihəsinin Ukraynaya təhvil verikdiyini, lakin Kiyevin cavab verməyə tələsmədiyini bildirib.
“Bizim sənəd layihəsi Ukrayna tərəfinə təhvil verilib, orada tamamilə aydın və işlənib hazırlanmış formulalar var. Top onların tərəfindədir. Biz cavab gözləyirik”, - Peskov bildirib.
“PESKOV ÖZÜ İLƏ FUTBOL OYNAYIR” – Zelenski: “Biz qapıya necə vurduğumuzu mütləq göstərəcəyik…”

Bölmənin xəbərləri