​DÖVLƏTİN KÜLLİ MİQDARDA VƏSAİTİ NECƏ TALAN OLUNUB… - Zərdab Sukanal İdarəsinin rəisi haqda şok iddialar

18/04/2022 - 12:41 4 130 0   0  

Zərdab rayonunun Gödəkqobu kənd sakini Həsənov Həsən Əli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Zərdab rayon Sukanal İdarəsinin rəisi Nəcəfov Romir Dadaş oğlu saxtakarlıq yolu ilə dövlət vəsaitini talan etməklə məşğul olur:
“Romir Nəcəfov Azərbaycan Beynəlxalq Unversitetinin (ABU) saxta diplomu ilə özünü ali təhsilli kimi təqdim edir. Ancaq onun diplomu yoxlanılarsa, saxta olması subut olunacaq.
Hərbi komissarlıqda işləyəndən sonra təqaüdə çıxan Romir Nəcəfov Zərdab rayon Poçt şöbəsinin müdiri, Çallı və Gödəkqobu kənd icra nümayəndəsi vəzifələrində nöqsanla işlədikdən sonra, 2019-cu il tarixdə Zərdab rayon Sukanal İdarəsinə müdir vəzifəsinə təyin edilmişdir.
İlk gündən saxtakarlığa əl atan Romir Nəcəfov şəxsən özünə məxsus, əvvəl poçt binası olan, sonradan özəlləşdirirək qaynatası Tofiq Paşayevin adına sənədləşdirdiyi 1960-cı il tarixdə inşa edilmiş istismara yararsız binanı icarəyə götürür və Sukanal İdarəsini həmin binaya köçürür. Hansı ki, əvvəl bu idarə Əmlak Komitəsinə (keçmiş – red.) məxsus səliqəli binada hər ay cüzi icarə pulu verməklə yerləşirdi. İndi isə hər ay üçün 400 manat icarə pulunu Romir Nəcəfov özü götürür. Üstəlik, həmin binanın damından yağış suyu otaqlara tökülür, döşəməsi beton, tam təmirsiz, antisanitariya və qəzalı vəziyyətdədir. 71 nəfər işçisi olan idarənin belə yararsız binaya köçürülməsi cinayət əməli hesab edilir.
Bundan başqa, Zərdabda sahibkarlıq obyektlərinə su çəklib istifadə edilsə də, sayğaclar tətbiq edilməyib. Odur ki, olunan suya görə pullar dövlət büdcəsinə yox, Romir Nəcəfova çatır.
31 yanvar 2022-ci il tarixdə akt tərtib edib pul silinib ki, Lələağacı kəndindəki modul tipli su təmizləyici qurğuya gedən açıq tipli su kanalı təmizlənib. Halbuki, həmin ərazidə iş görülməyib. Akta əlavə olunmuş şəkil isə Lələağacı kəndində deyil, Qumlu qəsəbəsində çəkilmiş fotoşəkildir.
Belə saxtakarlıqdan biri də 2020-ci il tarixdə aparılan yoxlama zamanı olmuşdur. Aktlarda qeyd edilən boruların ölçüləri ilə istifadə edilən boruların ölçüsü arasında kəskin ziddiyət yarandığı subut olundu. Həmin vaxt işi araşdıran "Azərisu" ASC-nin əməkdaşları rüşvət alıb saxta aktlarda düzəliş elədilər. Hansı ki, bu saxtakarlığa görə Römir Nəcəfov cinayət məsuliyyətinə cəlb edilməli idi. O, talançılıq yolu ilə əldə etdiyi pul hesabına "Azərsu" ASC-nin əməkdaşlarını da öz cinayət əməlinə şərik etmişdir.
Dövlətin balansında olan Türyançay sahili boyunca 4 km uzunluğu olan metal borunu, Ramiz Kərimov və  Heydər Əliyev küçələrinə gedən yol kənarında 2 km borunu, Pasyolka adlanan ərazidə 1 km-dən çox metal borunu Romir Nəcəfov kəsib tikinti materialları mağazalarına satıb, özünün şəxsi işlərində istifadə edib.
Kanalzasiya üçün gətirilmiş drenlər Zərdab-Kürdəmir yolu çəkilərkən tikinti aparan şirkətə satılmışdır. Həmin drenlər  qurunt sularının axıdılması üçün kollektorların keçidlərinə qoyulmuşdur. Ucar-Ağcabədi magistral yol çəkilərkən rayona əhalinin gediş-gəlişini təmin etmək üçün Türyançay çayı üzərində körpü inşa edilmişdir. Romir Nəcəfov həmin 20 metr uzunluğu olan körpünün ayaqaltı dəmir döşəmələrini və yan dəmir çərçivələrini sökdürərək, satdırmışdır. Fotoşəklini təqdim edirik(FOTO).
Rayonda qeyri-əhaliyə (mağaza, gözəllik salonu, aptek, avtomoillərin yuyucu sexi və s. sahibkarlıq obyektlərinə) kanalizasiya quyusu olmadan rüşvət müqabilində qanunsuz su çəkİLmişdir. Kanalizasiya olmadan suyn çəkilməsi ekeoloji çirklənməyə gətirib çıxarmışdır. Həmçinin, obyektlərə suyu podratçı təşkilat çəkməli olsa da, bütün bu işləri rüşvət müqavilində Romir Nəcəfovun özü etmişdir.
2010-cu ilə qədər rayon əhalini içməli su ilə təmin edən Kür çayının sahilində yerləşən böyük Nasosxana Romir Nəcəfov  tərəfindən sökülərək satılmışdır.
Romir Nəcəfov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dayısı nəvəsi Murad Kamran oğlu Soltanlını idarəyə çilingər vəzifəsinə təyin etmişdir. Hansı ki, rayonda iş gözləyən çoxlu sayda şəhid ailələri və qazilərimiz var.
Zərdab Sukanal İdarəsinin balansında olan həyətdəki tut ağaclarını Romir Nəcəfov qanunsuz kəsdirərək, məhv etdirmişdir.
Qeyd edək ki, dövlətə qənim kəsilmiş Romir Nəcəfovu himayə edən yaxın dostu Zərdab rayon icra başçısının köməkçisi Səməd Cəfərovdur. Hansı ki, həmin şəxsin də diplomu saxtadır, özü isə saxta yolla hərbi xidmətə “yararsız” edilib. Səməd Cəfərova məxsus Zərdab rayonu Otmanoba kəndindəki böyük balıq göllərində və mal-qara fermasında təmizlik işlərini dostu Romir Nəcəfov dövlətin texnikaları ilə həyata keçirir.
İdarənin sürücülərinə məxsus yanacaq kartları müdir Romir Nəcəfovun cibindədir, yanacağı özü götürüb şəxsi işlərinə istifadə edir. Həmçinin, idarəyə məxsus "Kia" markalı avtomobili də özü idarə edir. Hansı ki, bu ştat üzrə sürücü var. Həmin avtomobildə elektron “cprs” aparatı var ki, yoxlanılmasına zərurət var. Yanacaq pulunu təyinatı üzrə xərcləmədiyi üçün idarənin Yanacaq Doldurma Məntəqəsinə 1050 manat borcu qalmışdır.
Romir Nəcəfov mexannik Rəhimli Məhəmməd Mübariz oğlunun ştatını qanunsuz olaraq dəyişdirib gözətçi vəzifəsinə keçirmişdir. Halbuki, bunu işçinin öz razılığı ilə etməlidirlər.
Zərdab rayon Sukanal İdarəsinin müdiri Romir Nəcəfovun dövlət vəsaitini açıq-aşkar talan etməsi faktı obyektiv araşdırlmalı, onun məsuliyyətə cəlb edilməsi üçün qanuni tədbirlər görülməlidr”.


 

Suveren.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.