ABŞ-dan PKK ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM: başlarına 12 milyon dollar QOYDU

06/11/2018 - 22:36 13 783 0   0  

ABŞ Xarici İşlər Nazirliyi təhlükəli terrorçuların yerini deyənlərə ümumilikdə 12 milyon dollar mükafat vəd edib.

Suveren.az publika.az-a istinadən xəbər verir ki, ABŞ PKK terror təşkilatının rəhbəri Murat Karayılanın ələ keçməsi üçün 5 milyon dollar mükafat vəd edib. Həmçinin PKK-nın digər rəhbər şəxsləri Cəmil Bayık (4 milyon )və Duran Kalkanın (3 milyon) yerini deyənlər üçün də mükafatlar nəzərdə tutulduğunu açıqlayıb.

ABŞ Xarici İşlər Nazirliyi PKK liderlərinin fotolarını paylaşaraq "ədalət üçün mükafat" proqramı çərçivəsində onların yerini deyənə mükafat veriləcəyini bəyan edib.