Repçinin cəsədi ilə gecə klubunda vida mərasimi keçirildi - ŞOK GÖRÜNTÜLƏR / VİDEO

09/04/2022 - 14:21 4 156 0   0  

Qətlə yetirilən amerikalı repçi Quunyu (Маrkell Antomio Morrou) ilə qeyri-adi vida mərasimi keçirilib. 

Suveren.az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçinin fanatları gecə klublarından birində yığışaraq onun mahnılarını ifa ediblər. Bu zaman Quunyunun meyiti ayaqüstə səhnəyə qoyulub. Repçinin mumyalanan cəsədinə öz paltarları geyindirilərək gözünə eynək, başına isə tac taxılıb. 

Gecə klubunda lentə alınan bu görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. Repçinin meyiti ilə bu cür rəftar hər kəs tərəfindən qınanılıb.