Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma olub - 6 NƏFƏR ÖLÜB, 100-DƏN ÇOX YARALI VAR

30/04/2021 - 09:04 3 838 0   0  

Qırğızıstan-Tacikistan sərhədində yenidən atəş səsləri edilib.

“Sputnik Qırğızıstan” ölkənin Batken vilyatənin Daxili İşlər İdarəsinə istinadən məlumat verib ki, əldə olunmuş atəşkəs barədə razılaşmaya baxmayaraq, sərhəddə atışma bərpa olunub.

Məlumata əsasən, Maksat kəndində qırğızların evləri yandırılıb. Yerli sakinlər qonşu kəndlərə evakuasiya edilib. Arka kəndində isə yol kənarındakı yanacaq doldurma məntəqəsi və ticarət obyektləri yandırılıb.

Hazırda Arka, Dostuk və Jaştık kəndləri istiqamətində atışmaların davam etdiyi bildirilir.

Son məlumata görə, toqquşmalar nəticəsində 6 nəfər (hər tərəfdən 3 nəfər olmaqla) həlak olub, 100-dən çox yaralı var.

Xatırladaq ki, sərhəd bölgəsində münaqişə dünən günorta saatlarında alovlanıb. Gecə qarşıdurma kəskinləşdi, atəş başladı. Ümumiyyətlə, bölgə vaxtaşırı qarşıdurmalar zonasına çevrilir, əsas səbəb bölünməmiş ərazilərdir: dövlətlər arasındakı sərhədin dəqiq harada yerləşdiyini təyin etmək mümkün deyil...