"Uhanda koronavirusa sızan laboratoriya ABŞ-a məxsus olub" - DÖVLƏT DUMASININ SƏDRİ

28/04/2021 - 09:30 3 884 0   0  

"Covid-19 ola bilsin ki, Amerika biolaboratoriyasından sızma ilə əlaqəlidir".

Bunu aprelin 27-də Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya Federasiyası qanunvericiləri Şurasının iclasının gedişində bəyan edib.

«Birləşmiş Ştatların susmasından çıxış edərək, necə ki, Amerika Birləşmiş Ştatları (ABŞ) özü susur, bircə nəticə çıxartmaq olar: tam aydındır, bu, onunla bağlıdır ki, onların bütün dünyaya yayılmış laboratoriyalarında sızma baş verib. Doğru olardı ki, hökumət bu məsələni də qaldırsın» - Volodin bildirib.

O, həm də bəyan edib ki, ABŞ pandemiyanın bütün ölkələrə vurduğu zərəri kompensasiya etməli və bu istiqamətdəki tədqiqatları dayandırmalıdır.

«Qoy, onun üzərində düşünsünlər ki, bundan ziyan görmüş bütün ölkələrə zərəri necə kompensasiya etməlidirlər. Aydındır ki, bunun virusunu Uhanda aşkar ediblər. Ancaq Uhanda da yenə laboratoriya kiminkidir? Amerikanındır. Onlar orada işləri maliyyələşdirirdilər» - spiker qeyd edib.

İndi isə, Volodinin sözlərinə görə, paralel olaraq, virusun modelləşdirilməsi işləri aparılır, «bunu isə Amerika Birləşmiş Ştatları edir». Volodin xəbərdarlıq edib ki, əgər bu tədqiqatlar dayandırılmasa, dünya «yeni-yeni situasiyaların girovuna çevriləcək». Siyasətçi Gürcüstanda və Şərqi Avropada da ABŞ laboratoriyalarının fəaliyyət göstərdiyini xatırladıb.

«Bunu nəzarət altına almaq lazımdır. Sizin apardığınız böyük işlərlə bir sırada, hökumət bu məsələləri də qaldırmalıdır. Gəlin, onları öyrənək» - Volodin Baş nazir müavini Tatyana Qolikovaya müraciət edib.