Qorbaçovdan ABŞ-a məsləhət: "İğtişaşlardan nəticə çıxarın!"

20/01/2021 - 11:34 4 408 0   0  

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov hesab edir ki, Vaşinqtondakı iğtişaşlar ABŞ-da sabitliyə təhlükə yaradır, ölkə rəhbərliyi başqalarına dərs vermək yerinə, onların səbəb və nəticələrini aradan qaldırmalıdır.

Qorbaçov bu barədə TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, baş verənlər həqiqətən Amerikada demokratiya və sabitlik üçün təhlükədir: "Ancaq səbəbləri, nəticələri başa düşməli, nəticə çıxarmalı olan amerikalılardır. Başqalarını öyrətmək yox, bunu yoluna qoymaq lazımdır".

Qorbaçov Amerika cəmiyyətində bu mövzunun ciddi müzakirə olunacağını inandığını vurğulayıb.

Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları demokrat Cozef Baydenin seçkidə qələbə qazanmasına etiraz olaraq Konqres binasına hücum ediblər. Qiyamlarda bir polis məmuru daxil olmaqla beş nəfər həlak olub.