Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
Virtualaz.org-un əməkdaşları paytaxtın Səbail rayonundakı A.H.Kazımov adına 1 saylı poliklinikada vaksinasiya prosesini izləyiblər.
Poliklinikada tibb işçilərinin “Sinovac” vaksini ilə vaksinasiyası üçün 2 kabinet ayrılıb. Poliklinikanın baş həkimi Kübra Cabbarova bildirib ki, tibb müəssisəsinin 160 nəfərə qədər işçisi vaksinasiya olunacaq. Hazırda işdə olan 140 nəfərə yaxın tibb işçiləri bir-bir yoxlanılacaq və vaksin vurulacaq.
Vaksinasiya olunmazdan əvvəl şəxslər “Peyvənddən əvvəl həkim müayinəsi” otağında yoxlanılacaq. Şəxsin hər hansı xəstəlikləri, məsələn, ürək əməliyyatı keçirməyibsə, qan xəstəlikləri, dördüncü dərəcəli onkoloji problemi, ağır allergiyası, hərarəti və təzyiqi yoxdursa onu vaksinasiya kabinetinə göndərirlər. Vaksinasiyadan sonra şəxslər 30 dəqiqə oturmalıdırlar. Poliklinikada ilk olaraq baş həkim müayinə edilib, onun təzyiqi, hərarəti yoxlanılıb. Həmçinin xroniki xəstəlikləri olub-olmadığı soruşulub və bundan sonra ona vaksin vurulub.
Baş həkim bildirib ki, bununla əhaliyə çağırış etmək niyyətindədir: "Mən özüm etibar edərək vaksin olundum. Burada çəkinmək, qorxmaq lazım deyil. Əhaliyə vaksin olunmaları üçün çağırış edirəm",- baş həkim əlavə edib. Məlumat verilib ki, vaksinasiya hər kəs üçün 2 dəfə vurulacaq. Birinci dozadan 21 gün sonra ikinci doza vaksinasiya vurulur. Hər doza 0,5 qr olmaqla vurulacaq:" Bütün proseslərin qeydiyyatı aparılacaq və heç bir gecikmə ola bilməz. Tam olaraq 21 gündən sonra növbəti vaksinasiya aparılacaq və bununla da proses tamamlanmış olacaq”.
K.Cabarova bildirib ki, müəssisədə həm də Endokrinoloji Mərkəzin və Epidemioloji Mərkəzin tibb işçilərinin də vaksinasiyası həyata keçiriləcək. Bundan sonra poliklinikanın terapiya şöbəsinin müdiri Yeganə Rüstəmova, daha sonra baş tibb bacısı Sevinc Sadıqova vaksinasiya olunublar. Vaksin edilən hər 3 tibb işçisinin vəziyyəti normal olub. O da məlum olub ki, 50-64 yaş arası və 65 yaşdan yuxarı şəxslər qrafik üzrə vaksinasiya ediləcək. 18 yaşdan aşağı şəxslərə isə vaksin vurulmur.
“Mən vaksinasiya olundum, qorxmaq lazım deyil..." - BAŞ HƏKİM ƏHALİYƏ ÇAĞIRIŞ ETDİ

Ü. Xudiyeva
Bölmənin xəbərləri