“Azərbaycan bizim "Elçibəy"dən istifadə etdi...” - VAZGEN MANUKYAN BELƏ DEYİR

14/01/2021 - 11:34 4 245 0   0  

Ermənistanda müxalifətin baş nazir postuna vahid namizədi (aralıq fiqur kimi),  bədnam “Qarabağ” komitəsinin qurucularından biri Vazgen Manukyan baş nazir Nikol Paşinyanı Azərbaycanın keçmiş prezidenti və AXC lideri Əbülfəz Elçibəylə müqayisə edib.

RBK agentliyinə müsahibəsində Manukyan Paşinyanın Qarabağda döyüşlər gedərkən cəbhədə nə baş verdiyini yaxşı dərk edə bilmədiyini, ona görə də müharibəni vaxtında dayandırmadığını və beləliklə də əsas mövqeləri saxlamaq şansını əldən verdiyini deyib.

“Rəngli inqilablar dalğasında hakimiyyətdə əsasən bacarıqsız, səriştəsiz adamlar gəlir və onlar hökumətə rəhbərlik etməyə hazır olmurlar. Baş nazir Nikol Paşinyan cəmiyyəti keçmişdəkilərə və indikilərə böldü, cəmiyyəti parçaladı”,-o deyib.

Vazgen Manukyan bildirib ki, birinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanda analoji vəziyyətin hökm sürməsindən istifadə edib.

 

“1992-1994-cü illərdə bizə Azərbaycana Əbülfəz Elçibəyin rəhbərlik etməsi çox kömək elədi. O zaman hələ” rəngli inqilab” termini mövcud deyildi, amma həmin adam məhz belə baxışlara malik  idi. İndi isə Azərbaycan bizdə öz Elçibəyimizin olmasından istifadə etdi”,-keçmiş baş nazir və müdafiə naziri belə deyib.

Manukyan inanır ki, əgər hakimiyyətdə Serj Sərkisyan olsa idi müharibə sadəcə olaraq başlamazdı. Paşinyan isə Qarabağa dair danışıqlar prosesini pozdu./Virtualaz.org