“BU İL KOLLEKTİV İMMUNİTETİN FORMALAŞMASI GÖZLƏNİLMİR...” - Ümumdünya Səhiyyə Təşkilatından bədbin bəyanat

12/01/2021 - 11:45 5 044 0   0  

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı   peyvəndləmə prosesinin başlaması ilə infeksiyanın 2021-ci ildə həyatımızdan çıxacağına dair gözləntilərinin yüksək olmadığını açıqlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, ÜST bu ilin ilk virtual mətbuat konfransında indiyədək 90 milyon insanın yoluxmasına və 1 milyon insanın ölümünə səbəb olan COVİD-19 infeksiyası ilə bağlı son vəziyyətdən bəhs edib.

Təşkilatın baş alimi Soumya Svaminathan bildirib ki, koronavirusun yayılmasını əngəlləyəcək qədər dozun istehsalı və paylanması üçün vaxt lazımdır: “Biz 2021-ci ildə dünya əhalisinin əksəriyyətinin peyvənd ediləcəyini, virusa qarşı kollektiv immunitetin qazanacağını gözləmirik”.

Alim əlavə edib ki, peyvəndləmə prosesinə baxmayaraq sosial məsafənin qorunması, əllərin yuyulması və tibbi maska taxılması ilə bağlı qaydalara əməl edilməlidir. “Elm adamları qısa müddət ərzində yeni virusa qarşı effektli vaksin istehsal etməyi bacardılar. Amma bu vaksinlərin kütləvi istehsalı və paylanması vaxt tələb edir. Buna görə də insanlar bir az da səbr etməlidirlər. Vaksinlər bütün ölkələrə paylanacaq, amma buna qədər sosial məsafə ilə bağlı qaydalar unudulmamalıdır”,-ÜST nümayəndəsi bildirib./Virtualaz.org