Azərbaycan ərazisi Gorusdan atəşə tutuldu - MN-dən AÇIQLAMA

01/10/2020 - 14:11 5 746 0   0  

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub.

Suveren.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub. Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.