İrəvan Türk Cümhuriyyətindən "5 rayonun qaytarılmasının mümkünlüyü" barədə fikirlər haqda BƏYANAT

26/09/2020 - 17:29 5 210 3   0  

Son vaxtlar təcavüzkar ermənistan  dövləti Azərbaycan Respublikasının ərazi bütövlüyûnü təhdid edən hərəkətlər edir, təxribatlar törədir. Tez-tez Azərbaycan ərazilərini atəşə tutan erməni silahlı dəstələrinin azğınlığının erməni terror dövlətinin təcavūzkar siyasətindən irəli gəldiyi aydın görūnūr və bizdə dərin hiddət doğurur.

Rusiya dövlətinin işğal  olunmuş Azərbaycan əraziləri haqda " 5 rayonun qaytarılmasının mümkünlüyü barədə" səsləndirdiyi fikirlər əslində münaqişəyə nəzarəti əldə saxlamaqdan, Cənubi Qafqazda mövcudluğuna yaranan təhlükəni önləməyə xidmət edən bir addımdır. Rusiya və ATƏT -in Minsk qrupunun yarıtmaz, Azərbaycanın maraqlarına zidd, ərazi bütövlüyümüzün bərpasına əks olan fəaliyyətlərinə son verilməli, vətənimizin bütövləşməsi istiqamətində real addımlar atılmalıdır.

Būtūn bunları nəzərə alaraq ərazi bütövlüyü qorumaq və işğal olunmuş tarixi torpaqlarımızın qaytarılması istiqamətində Azərbaycan Respublikası rəhbərliyinin son vaxtlar atdığı qətiyyətli addımları doğru sayır, yüksək qiymətləndirir və hər vəcdlə dəstəklədiyimizi bəyan edirik.

İrəvan Türk Cümhuriyyəti Mətbuat Xiudməti