İrəvan Türk Cümhuriyyəti Millət Şurasının ilk sessiyası başladı

20/09/2020 - 20:58 5 677 5   0  

Bu gün 20.09.2020-ci il tarixində növbəti məsələlərin panel müzakirələri davam edəcək.

İrəvan Türk Cümhuriyyətinin mətbuat xidmətinin məlumatı.

19.09.2020-ci il tarixdə İrəvan Türk Cümhuriyyəti Millət Şurasının ilk sessiyası başladı.

Toplantıda:

Regionda ictimai-siyasi vəziyyət və İrəvan Türk Cümhuriyyətinin əsas hədəfləri,

İrəvan Türk Cümhuriyyətinin hökumətinin struktur təkmilləşdirilməsinin əsas istiqamətləri,

İrəvan Türk Cümhuriyyətinə qarşı təhlükə və təhdidlərin mahiyyəti, ümumi təsnifatı və digər məsələlər müzakirə edilmişdir. Müzakirələrdən sonra İTC Millət Şurasının əsasnaməsi və üzvlərin səlahiyyəti təsdiq edilmişdir. Müzakirə edilən məsələlər barədə Millət Şurasının sədri Qafar Çaxmaqlı, Təmsilçilər Məclisi başqanı Mülazim Pahsa, Millət Şurası üzvləri Paşa Həsənli, Qələndər Muxtarlı, dr. Xətai Allahverdiyev, Abil Babaoğlu, dr. Dilavər Əzimli, Əli Mustafa, Zeynalabdin Məmmədov, Məmmədzadə Pənah, Məhluqə Qaramanlı, Ülviyyə Şükürova, Ceyran Ənsər, Seyfəddin Altaylı, Sahib Musayev, Alı Alıyev, Şahlar Hacıyev və başqaları çıxış etmişdir.

Bu gün 20.09.2020 tarixində növbəti məsələlərin panel müzakirələri davam edəcək.

İrəvan Türk Cümhuriyyəti Mətbuat Xidməti