Azərbaycanlı müxalif jurnalist Almaniyadan sığınacaq almaq üçün dinindən döndü

15/09/2020 - 12:18 5 503 0   0  

Azərbaycandan olan jurnalist və yazıçı Abil Həsənov Almaniyaya mühacirət edib və orada sığınacaq almaq üçün xristianlığı qəbul edib. Virtualaz.org xəbər verir ki, bu haqda “Westfalen-Blatt” adlı alman nəşri yazır.

Baptist icması Həsənovu və onun ailə üzvləri öz sıralarına qəbul edib. Həsənova da elə bu lazım idi. Dinini dəyişərək Həsənov özünün alman vəkili ilə birlikdə bəyan edib ki, indi heç bir halda onu geri deportasiya etmək olmaz. Çünki Azərbaycanda “xristianlığı qəbul edənləri təqib edirlər”. Lakin bu yalana Almaniya hökuməti də inanmayıb və azərbaycanlı jurnalistə sığınacaq verməkdən imtina edib.

Xəbər verilir ki, 52 yaşlı Həsənov Azərbaycanda bir sıra müxalif KİV-lərdə işləyib, Almaniyada isə arvadı ilə birlikdə Şols-Holte-Ştukenborq şəhərindəki avtobus şirkətində süpürgəçi işləyir. Onlar ayda 2 min avro qazanır, bunun 1300 avrosunu şəhər vergilərinə ödəyir. Ər, arvad və onların 16 yaşlı oğlu müvəqqəti yataqxanada yaşayır.

Almaniyanın miqrasiya xidməti Həsənova sığınacaq verməkdən imtina edib, çünki Azərbaycanı xristianlar üçün təhlükəsiz ölkə sayıb. İndi Həsənov və onun vəkili bütün vasitələrlə bunun tərsini sübut etməyə, mümkün qədər çox Almaniyada qalmağa çalışır.