“Bir müddətdir ki, “Binə” Ticarət Mərkəzi açıq şəkildə fəaliyyət göstərir, mağazalarda alver gedir, ancaq “Sədərək” Ticarət Mərkəzinə sahibkarların daxil olmasına belə imkan vermirlər".
Bu məlumat “Sədərək” Ticarət Mərkəzində alver edən bir qrup sahibkar tərəfindənAzpolitika.info-ya gödərilən müraciətdə əks olunub.
Mağaza sahibləri dediklərinin təsdiqi üçün müraciətlərinə “Binə” və “Sədərək”dən çəkilmiş video və fotoları da əlavə ediblər.
Sahibkarlar bu cür ikili münasibətin səbəbini anlamadıqlarını qeyd edirlər. Eyni zamanda işləmədikləri halda “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyini (sahibi Yusif Qədimovdur-red.) onlardan aylıq haqq tələb etməkdə ittiham edirlər: “İçəri girməyə imkan verilməsə də, mağaza sahiblərindən aylıq ödənişlər tələb olunur. Ayın 1-dən bir daha xəbərdarlıq olunub ki, hamı aylıq ödənişləri versin. Bəzi mağaza sahibləri hansısa iş üçün təkcə özləri mağazaya daxil olmaq istədikdə, aylıq ödənişi vermədiklərinə görə buraxılmırlar. Yalnız rəhbərliyin tapşırığı ilə bəzilərini içəri buraxırlar.
Bunlara etiraz olaraq bir neçə gün qabaq votsapda qeyd olunanlara sahibkarların etirazını əks etdirən səs yazısı yayılıb. Buna görə də Ticarət Mərkəzinə mühafizə xidmətindən əlavə polis də cəlb edilərək, nəzarət gücləndirilib. İndi də dezinfeksiya işləri aparıldığı bəhanə edilir, mağaza sahiblərini də içəri buraxmırlar. Lakin içəridə heç bir dezinfeksiya işləri aparılmır. Əgər dizinfeksiya işləri aparılırsa, bu, niyə yalnız “Sədərək”də həyata keçirilir, “Binə”yə şamil olunmur?”
Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi əslən Naxçıvandan olan, “Cənnət bağı” Şirkətlər Qrupunun təsisçisi Yusif Qədimovdur. Bəzi məlumatlara görə, bir müddət əvvəl Ticarət Mərkəzi Yusif Qədimovdan alınıb. Hazırda təhvil-təslim prosesi gedir.
Bunun səbəbi isə Yusif Qədimovun Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Ramiz Mehdiyevə bağlı biri olması, onun himayəsində böyük biznes şəbəkəsi qurması ilə izah edilir.
Yeri gəlmişkən, Mehdiyev Yusif Qədimovun oğlu Mehman Qədimovu Prezident Administrasiyasında işə də götürmüşdü.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə hazırda ölkədə iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi qadağan edilib. Operativ Qərargahın son iclasında da iri ticarət mərkəzlərinin açılmasının hələlik gündəmdə olmadığı bildirilib.
Maraqlıdır, bu halda “Binə” Ticarət Mərkəzi necə fəaliyyət göstərir?
"“BİNƏ”də ALVER GEDİR, “SƏDƏRƏK”ə BURAXMIRLAR..." – Ticarət Mərkəzi Yusif Qədimovun əlindən alınır? - FOTO / VİDEO
“Bir müddətdir ki, “Binə” Ticarət Mərkəzi açıq şəkildə fəaliyyət göstərir, mağazalarda alver gedir, ancaq “Sədərək” Ticarət Mərkəzinə sahibkarların daxil olmasına belə imkan vermirlər".
Bu məlumat “Sədərək” Ticarət Mərkəzində alver edən bir qrup sahibkar tərəfindən Azpolitika.info-ya gödərilən müraciətdə əks olunub.
Mağaza sahibləri dediklərinin təsdiqi üçün müraciətlərinə “Binə” və “Sədərək”dən çəkilmiş video və fotoları da əlavə ediblər.
Sahibkarlar bu cür ikili münasibətin səbəbini anlamadıqlarını qeyd edirlər. Eyni zamanda işləmədikləri halda “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyini (sahibi Yusif Qədimovdur-red.) onlardan aylıq haqq tələb etməkdə ittiham edirlər: “İçəri girməyə imkan verilməsə də, mağaza sahiblərindən aylıq ödənişlər tələb olunur. Ayın 1-dən bir daha xəbərdarlıq olunub ki, hamı aylıq ödənişləri versin. Bəzi mağaza sahibləri hansısa iş üçün təkcə özləri mağazaya daxil olmaq istədikdə, aylıq ödənişi vermədiklərinə görə buraxılmırlar. Yalnız rəhbərliyin tapşırığı ilə bəzilərini içəri buraxırlar.
Bunlara etiraz olaraq bir neçə gün qabaq votsapda qeyd olunanlara sahibkarların etirazını əks etdirən səs yazısı yayılıb. Buna görə də Ticarət Mərkəzinə mühafizə xidmətindən əlavə polis də cəlb edilərək, nəzarət gücləndirilib. İndi də dezinfeksiya işləri aparıldığı bəhanə edilir, mağaza sahiblərini də içəri buraxmırlar. Lakin içəridə heç bir dezinfeksiya işləri aparılmır. Əgər dizinfeksiya işləri aparılırsa, bu, niyə yalnız “Sədərək”də həyata keçirilir, “Binə”yə şamil olunmur?”
Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi əslən Naxçıvandan olan, “Cənnət bağı” Şirkətlər Qrupunun təsisçisi Yusif Qədimovdur. Bəzi məlumatlara görə, bir müddət əvvəl Ticarət Mərkəzi Yusif Qədimovdan alınıb. Hazırda təhvil-təslim prosesi gedir.
Bunun səbəbi isə Yusif Qədimovun Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Ramiz Mehdiyevə bağlı biri olması, onun himayəsində böyük biznes şəbəkəsi qurması ilə izah edilir.
Yeri gəlmişkən, Mehdiyev Yusif Qədimovun oğlu Mehman Qədimovu Prezident Administrasiyasında işə də götürmüşdü.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə hazırda ölkədə iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi qadağan edilib. Operativ Qərargahın son iclasında da iri ticarət mərkəzlərinin açılmasının hələlik gündəmdə olmadığı bildirilib.
Maraqlıdır, bu halda “Binə” Ticarət Mərkəzi necə fəaliyyət göstərir?
AzPolitika.info
Bölmənin xəbərləri