Tixanovskaya BMT-də və AŞPA-da çıxış edəcək - Üç ölkə Lukaşenokya sanksiya qoydu

31/08/2020 - 21:27 6 065 0   0  

Belarusda prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya sentyabrın 4-də BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək.

Tixanovskayanın komandasının məlumatına görə, müxalifət liderinin yüksək tribunadan istifadə etmək imkanı qurumun qeyri-daimi üzvü olan Estoniyanın dəvəti ilə gerçəkləşəcək. Onun sözçücüsü bildirib ki, dörd gün sonra Tixanoskaya AŞ PA sessiyasında da iştirak edəcək.

Litva Prezidenti Gitanas Nauseda avqustun 31-də elan edib ki, Baltik qonşuları Latviya və Estoniya ilə birlikdə Lukaşenko daxil Belarusun 30-dək rəsmisinə səyahət sanksiyası tətbiq edəcək. Sanksiya seçki pozuntuları və etirazçılara qarşı zorakılığa görə qoyulur.