Belarusda kim qalib gələcək-Lukaşenko ya xalq?

25/08/2020 - 12:49 8 110 0   0  

Bildiyimiz kimi, Belarusda prezident seçkilərindən sonra şəhər küçələrinə axışan insan seli seçki nəticələrinə etirazını bildirir və hakimiyyət dəyişikliyi tələb edir. Hadisələrin hansı yöndə inkişaf edəcəyi ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə bu mövzu barədə söhbətləşdik.

-Sərdar bər, bildiyimiz kimi Belarusda prezident Lukaşenko nümayişlərədə silah tətbiq edə biləcəyinə dair bir göstəriş etdi, əlində silah helikopterdən edərkən görüntüləri yayıldı.

-Bunlar hamısı psixoloji təsirdir. O heç vaxt güc tətbiq edə bilməz, çünki nümayişdə o qədər çox sayda insan var ki, əlində silahla ora çıxmaq olmaz. Bu onun məğlubiyyətini göstərir.

-Hakimiyyəti də təhvil vermək istəmir.

-Açığını deyək ki, Belarusda Lukaşenkonu əvəz edəcək güclü müxalifət komandası yoxdur. İndiki halda orada xeyli sayda Lukaşenko tərəfdarları var, uzun müddət ölkəni idarə edib. Belarusun vətəndaş qarşıdurmasından çıxmasının bircə yolu var. Müxalifətləkoalisiya yaratsın, hakimiyyət bölgüsü olsun. Bir ildən sonra yenidən seçkilər keçirilsin. Bundan başqa Belarusun çıxış yolu yoxdur.

-Necə düşünürsünüz, Rusiyanın müdaxiləsi buna imkan verər?

-Təbii ki, Rusiya çalışacaq ki, Lukaşenko hakimiyyətdə qalsın. Xalqı ilə Lukaşenko arasında böyük ziddiyyət yaransın və ölkəni öz təsir dairəsinə salsın. Yəni avtoritar rejimləri Rusiya ona görə dəstəkləyir ki, rejimin başında duran zorakı da olsa məcbur olsun başqa dövlətin köməyinə müraciət etsin. Əvvəl Rusiya ilə inteqrasiyadan qaçan Lukaşenko Rusiyadan silah, müdaxilə və komək istədi.

-Bu gün Vilnüsdə ABŞ və Avropa siyasətçilərinin iştirakı ilə konfrans keçirilir və Belarus xalqına kömək yolları müzakirə olunur.

-Onlar da mənim verdiyim təklifi verəcəklər ki, keçid dövrü üçün bir illiyə koalisiya hökuməti yaradılsın. Lukaşenko müvəqqəti prezident olaraq qalsın. Bir ildən sonra ölkədə həqiqi demokratik seçkilər keçirilsin. Bir ildən sonra Belarusu idarə edə bilən həqiqi siyasi liderlər meydana çıxacaq. İndiki halda liderlik edən Tixonovskayanın əri həbs olunduğuna görə o seçkilərdə iştirak edib, o dövləti idarə edə bilməz. Ümumiyyətlə Lukaşenko siyasi qüvvə kimi səhnədən tam gedəcəyi təqdirdə, yerinə tamamilə müxalifətdən olan adam gəlsə də Belarusda sabitlik olmayacaq. Yeganə yol, müxalifətlə Lukaşenkonun etimad hökuməti yaratmasıdır. Vətəndaş müqaviləsi imzalanmalıdır. Bir ildən sonra təkrar prezident və parlament seçkiləri keçirilməlidir. Belarus xalqının iradəsini ifadə edən bir parlament ortaya çıxmalıdır. Bundan sonra parlamentin nəzarəti altında prezident seçkiləri keçirilməlidir.

-Lukaşenko bunları etməsə, Avropadan sanksiyalar gözlənilirmi?

-Avropa sanksiya qoya bilər. Lulaşenko etirazçı kəsimə qarşı amansız addımlar atarsa, bu Belarusda destabilizasiyaya gətirib çıxaracaq. Ona görə indiki halda yüzdə yüz nə Lukaşenkonun qələbəsindən, nə də müxalifətin qələbəsindən danışmaq düz deyil. Hər iki tərəfin iştirakı ilə etimad hökuməti yaradılmalıdır. Səlahiyyətləri azaldılmalıdır. Təcili növbədənkənar parlament seçkiləri həyata keçirilməlidir. Ondan sonra prezident seçilməlidir. Bu dəqiqə ölkədə həm qanunverici, həm ali orqan, həm icra orqanı Lukaşenkonun əlindədir. Bu vəziyyətdə ölkədə heç cür stabilliyi qorumaq mümkün deyil. Etimad hökuməti yaradıldıqdan sonra Qərb və Rusiya arasında razılaşma olmalıdır.

-Əgər Lukaşenko Qərblə razılaşmaya getsə Ukraynanın taleyi Belarusun da başına gələ bilərmi?

-Təbii, Rusiya müdaxilə edəcək. Rusiya Azərbaycana da, Gürcüstana da, Ukraynaya da müdaxilə edir. 

Şükürova Ülviyyə