Kərəm Məmmədov Dağıstan və Kabarda-Balkar Respublikalarından olan alimlərin iştirak etdiyi seminarda çıxış edib
BDU-nun professor-müəllim heyəti ilə Dağıstan və Kabarda-Balkar Respublikalarından olan alimlər və ziyalılar arasında elmi seminar keçirilib.
Suveren.az xəbər verir ki, milliyətcə balkar olan Tamara Bittirova, milliyətcə qumuq olan Bahauddin Acamatov və milliyətcə noqay olan Ramil Aşmuxambetovun iştirak etdiyi seminarda Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov məruzə ilə çıxış edib.
“Şimali Qafqazın Türk xalqları: etnik tarixləri və mədəniyyətləri” mövzusundan çıxış edən K.Məmmədov bildirib ki, hazırda Şimali Qafqazda 50-dən çox xalq yaşayır. Bu xalqlar içərisində istər saylarına, istərsə də yayılma areallarına görə Türk xalqları (qumuqlar, noqaylar, qaraçaylılar, balkarlar, azərbaycanlılar, truxmenlər) üstünlük təşkil edirlər.
“Əsasən Rusiya Federasiyasında və Türkiyədə yaşayan qumuqların sayı 600 mindən çoxdur”, - deyən tarixçi alim bildirib ki, əsası Türkiyə Cümhuriyyətində məskunlaşmış noqaylar Şimali Qafqazın müxtəlif bölgələrində yaşayırlar:
“Onların ümumi sayı 300 mindən çoxdur. Əksəriyyəti Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında yaşayan qaraçaylıların ümumi sayları 250 minə yaxındır. Dil, adət-ənənə və etnik tarix baxımından qaraçaylılarla həddindən artıq yaxın olan balkarlar Rusiya Federasiyasınının Kabarda-Balkar Respublikasında yaşayırlar. Onların ümumi sayları 130 minə yaxındır. Dağıstanın Dərbənd rayonunda yaşayan Azərbaycan türklərinin sayları isə 130 mindən çoxdur. Əsasən Rusiya Federasiyasının Stavropol diyarında yaşayan truxmenlərin sayları 15 minə yaxındır.
Dərbənd rayonunun tarixən Azərbaycan dövlətlərinin sərhədləri içərisində olmasını və truxmenlərin çar Rusiyası tərəfindən Türkmənistandan köçürülmələrini nəzərə nəzərə alsaq onların etnik tarixləri daha çox Azərbaycan və Türkmənistan tarixləri ilə bağlıdır. Buna görə də daha çox Qumuqlar, Noqaylar, Qaraçaylılar və Balkarlar haqqında danışılmışdır”.
Şimali Qafqazın Türk xalqları: etnik tarixləri və mədəniyyətləri

Suveren.az