Elxan Şahinoğlu: “Gürcüstan bu sınaqdan üzüağ çıxmadı”

20/07/2020 - 16:42 5 371 1   1  

Dünən axşamdan başlayaraq xəbər yayılır ki, Serbiya bugünlərdə işğalçı Ermənistana Gürcüstan üzərindən minaatanlar satıb. Bu xəbər hazırda əksər saytlarda yayılıb. Məlumat rəsmi təsdiqini tapmayıb.

Ancaq onu da nəzərə almalıyıq ki, işğalçı dövlətin dezinformasiya maşını Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirmək üçün var gücüylə çalışır. Buna görə də Azərbaycanın müvafiq dövlət strukturlarının elə bu gün Serbiya və Gürcüstan məsələsinə aydınlıq gətirməsi zəruridir.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, xəbər təsdiqini taparsa, Azərbaycanın Serbiya və Gürcüstanla münasibətlərə yenidən baxmaq zərurəti yaranacaq: “Əlbəttə, Serbiyadan açıqlama verə bilərlər ki, necə ki, Azərbaycan istədiyi ölkədən silah və hərbi texnika ala bilir, Belqradın da Ermənistana minaatanlar satmaq hüququ var. Bəli, belə bir hüququ var, ancaq onda da bizim Serbiya ilə əməkdaşlığa yenidən baxmaq hüququmuz var. Belqrad düşmənimizə silah satacaqsa, biz niyə bu ölkəyə yatırım qoymalı və ortaq layihələr reallaşdırmalıyıq?

Doğrudur, Belqrad bizə onu da deyə bilər ki, bəs Rusiya da Ermənistana silah və hərbi texnika verir, nədən Bakı Moskva ilə münasibətlərə göz gəzdirmir? Rusiya əzəldən Ermənistanın siyasi və hərbi müttəfiqidir, bunu bilirik. Elə buna görə də Azərbaycan cəmiyyətində Kremlin regional siyasətinə inam yoxdur. Serbiya ikinci Rusiya olmaq istəyirsə, uduzan Belqrad olacaq”.

Gürcüstana gəldikdə, politoloq bildirir ki, bu ölkə son sınaqdan üzü ağ çıxmadı: “Gürcüstan hakimiyyətinin Ermənistanla Azərbaycan arasındakı son insidentə göstərdiyi “balanslı” mövqeyi heç zaman unutmayacağıq. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər zaman Azərbaycanla strateji əməkdaşlığa önəm verirdi, etiraf edirdi ki, Rusiya ilə 2008-ci ildəki müharibədən sonra Azərbaycanın Gürcüstana iqtisadi dəstəyi olmasaydı, ölkəsi çökərdi. Əgər Gürcüstanın hazırki hakimiyyəti üçün Azərbaycanla Ermənistanın fərqi yoxdursa, demək biz onlara bu fərqi hiss etdirməli olacağıq”.

E.Şahinoğlu deyir ki, Gürcüstan üzərindən boru xətləri və dəmir yolları çəkilib, geriyə yol yoxdur, ancaq korrektə olunası başqa sahələr var. “Bütün hallarda əvvəldə qeyd etdiyim kimi, yayılan xəbərin dəqiqləşdirilməsinə ehtiyac var, bunu isə ancaq Azərbaycanın müvafiq strukturları elə bilər”, – politoloq vurğulayıb.