Almaniyanın Köln və Düsseldorf şəhərində Azərbaycan Ordusuna dəstək məqsədi ilə aksiya keçirilib. Köln kafedralı qarşısında baş tutan aksiyada Almaniyanın müxtəlif əyalətlərində yaşayan həmvətənlərimizlə yanaşı Türkiyə vətəndaşları da iştirak ediblər. Aksiya iştirakçısı Fərahim Qasımov Hurriyyet.org-a açıqlamasında, təxminən iki-üç km-lik yürüş təşkil olunduğunu bildirib. O, avropada yaşayan azərbaycanlıları bir yerə toplamaq çətin olsa da, bütün bunlara baxmayaraq, həmyerlilərimiz birlik nümayiş etdirdiyini qeyd etdi:
“Mən iki aksiyada iştirak etdim. Hər iki aksiya ordumuza dəstək xarkteri daşıyırdı. Keçirilmiş aksiyaların məqsədi son günlər erməni təxribatına qarşı dünya ictimaiyyətinin diqqətini cəlb etmək və baş verənləri olduğu kimi çatdırmaqdan ibarət idi. Hesab edirəm ki, aksiyalar olduqca uğurlu alındı. İlk dəfə idi ki, belə kütləvililiklə qarşılaşırdım. Siyasi baxışlarından aslı olmayaraq, hamı təyin olunan meydana əllərində Azərbaycan bayrağı ilə axın etdi. Aksiya iştirakçıları əllərində şəhidlərimizin fotoları ilə gəlmişdi. Təxminən iki-üç km-lik yürüş təşkil olundu. Hər iki aksiyada erməni tərəfdarlarının təxribatı ilə üzləşdik. Həmvətənlərimizin sayıqlığı nəticəsində təxribatçılar tez bir zamanda ifşa olundu və onlarla bağlı polisə də məlumat verildi. Almaniya polisinin qabaqlayıcı tədbirləri nəticəsində baş verə biləcək təxribatların qarşısı alındı. Ümumiyyətlə, Avropada yaşayan azərbaycanlıları bir yerə yığmaq çox çətin idi. Almaniyanın bir əyalətindən digərinə getmək, bir qədər vaxt tələb edir. Bütün bunlara baxmayaraq, həmyerlilərimiz birlik nümayiş etdirdilər. Hətta qonşu ölkələrdən də dəstək məqsədilə gələnləri də gördük. Bizə digər millətlərdən də dəstək olan oldu. Xüsusilə, yəhudilərə, ukraynalılara və türk qardaşlarımıza təşəkkürümü bildirirəm.”
Aksiyalar Macarıstanın Budapeşt şəhərində də baş tutub. Macarıstanda yaşayan həmvətənimiz Cəfər Muxtarzadə Hurriyyet.org-a açıqlamasında, Ermənistanın yürütdüyü siyasi rejimə qarşı etiraz səsləndirdiyini bildirib:
“Qardaşlıq” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi (AHYU) və bu yaxınlarda Budapeştdə açılan Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə şəhərin mərkəzi hissəsində keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları əllərində Azərbaycan, Türkiyə, Macarıstan bayraqları, həmçinin Ermənistanın regionda davranışını pisləyən transparantlar tutublar. İştirakçılar arasında müxtəlif, o cümlədən türk, qazax, Bosniya diasporlarının təmsilçiləri də olub. Mitinq insidentsiz keçib”.
Almaniya və Macarıstanda həmyerlilərimiz birlik nümayiş etdirdi – ORDUYA DƏSTƏK AKSİYASI BAŞ TUTDU / FOTOLAR

Hurriyyet.org
Bölmənin xəbərləri