Qərbi Azərbaycan İrəvan Respubliası Məşvərət Məclisinin müxtəlif ölkələrdə təmsilçilikləri olacaq.
11 iyul 2020-ci il tarixində Qərbi Azərbaycan İrəvan Respublikası Millət Şurasının sədri Qafar Çaxmaqlının sədrliyi ilə Sədarətin növbəti videokonfransı keçirilmişdir. Qərbi Azərbaycan İrəvan Respublikası Mİllət Şurası Katibliyinin formalaşdırılması üçün departament rəhbərlərinin fikir və təklifləri dinlənilmişdir. Katibliyə daha çox bu işdə səriştəsi və təcrübəsi olan şəxslərin daxil edilməsi təkilifi irəli sürülmüş, yeni heyətin siyahısı təqdim edilmişdir. Katibliyi işlək bir mexanizmə çevirmək üçün qurumlararası koordinasyanın həyata keçirilməsi də xüsusi vurğulanmışdır. Beynəlxalq əlaqələr və xarici siyasət departamentinin direktoru Qələndər Muxtarlının eyni zamanda Katibliyə rəhbərlik etməsi təklif olunmuş və qərarlaşdırılmışdır. Katibliyin yeni tərkibi ilə bağlı fikir mübadiləsi aparlmış, namizədlər irəli sürülmüşdür. Qərara alınmışdır ki, Katibliyin əsasnaməsinə yenidən baxılsın, burada strukturlaşma, bölgülər aparılsın və yeni əsasnamə ilə birlikdə təsdiq edilməsi üçün Millət Şurasına təqdim edilsin.
Konfransda dövlət atributlarının yaradılması işi ilə bağlı durum da dəyərləndirilmişdir. Respublikanın və İrəvan şəhərinin gerb variantlarının müzakirə üçün növbəti konfransa çıxarılması qərara alınmışdır. Dövlət himni ilə bağlı müsabiqə elan olunması və xüsusi komissiyanın yaradılması təklifi də iştirakçılar tərəfindən müsbət qarşılanmışdır.
Qərbi Azərbaycan mahalları və bu mahallara aid olan yaşayış məskənlərinin qeydiyyatı, əhalinin siyahıya alınması, pasportlaşdırılması ilə bağlı aparılan çalışmalar təqdir edilmişdir. Əli Vəliyevin rəhbərlik etdiyi bu fəaliyyətin bundan sonra Millət Şurası nəzdində yeni bir quruma çevrilməsi qərarı verilmişdir. Millət Şurası tərkibində fəaliyyətdə olan Məşvərət Məclisinin növbəti onlayn konfransının bir həftə sonra keçirilməsi qərar alınmışdır. Məşvərət Məclisinin genişlənməsi ilə əlaqədar müxtəlif ölkələrdə təmsilçiliklərin açılması qərarı verilmişdir. Mustafa Mustafayev- Moskva (Rusiya) və Vahid İmanov–Barselona (İspaniya) təmsilçisi kimi təsdiq edilmişlər. Belçika, Niderland, Qazaxıstan, İngiltərə, Almaniya, Ukrayna və başqa ölkələrdə də Məşvərət Məclisinin təmsilçiliklərinin açılması fikri təqdirlə qarşılanmışdır.
Millət Şurasının atacağı gələcək addımlarla bağlı geniş müzakirələr olmuşdur.
Qərbi Azərbaycan İrəvan Respublikası Mətbuat xidməti
QAİR-in Brüssel, Moskva və Barselonada təmsilçilikləri yaradıldı

Bölmənin xəbərləri