“Azərbaycanda yaranmış siyasi gərginliyin arxasında Rusiya və İran dayanır” – TURAN PARTİYASI MÖVCUD DURUMLA BAĞLI BƏYANAT YAYDI

11/07/2020 - 22:58 5 637 0   0  

Turan Partiyasının Qurucular Məclisi Azərbaycandakı mövcud siyasi durumla bağlı bəyanat yayıb. Suveren.az xəbər verir ki, partiyanın bəyanatında vurğulanır:
“Son bir ildə dövlət başçısı İlham Əliyevin başlatdığı kadr islahatları getdikcə ciddi qarşıdurmalarla müşahidə olunmaqdadır. Xüsusilə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevlə bağlı dövrü mətbuatda yayılan açıqlamalar ciddi narahatçılıq doğurmaqdadır.
Turan Partiyası ölkədə yaranmış siyasi gərginliyin arxasında Azərbaycanın bağımsızlığına qarşı olan Rusiya və İranın maraqlı olduğunu bilərək, soydaşlarımızı təxribatlara getməməyə çağırır. Ölkəni qarışdırmaq istəyənlərə ən yaxşı cavab konstitusiya qurluşumuzun yanında olmaq, qanunların aliliyini qorumaqdır. Turan Partiyası korrupsioner ünsürlərə qarşı mübarizədə dövlət başçısı İham Əliyevin apardığı siyasəti dəstəkləyir. Dövlətin ali maraqlarının qorunmasının vacibliyini, konstitusyaya zidd metodlarla, ağalarından əmr alıb hakimiyyət uğrunda çarpışanların siyasətinin iflasa uğrayacağını bildirir.
Yaşasın Bağımsız, Bütöv Azərbaycan!”

Suveren.az