ABŞ Çinli rəsmilərə qarşı Maqnitski Qanununu qəbul etdi

10/07/2020 - 18:04 5 656 1   0  

Dünən iyulun 9-da ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi Sincan Uyğur Muxtar Bölgəsindəki etnik azlıqlara qarşı insan hüquqları pozuntusu ilə əlaqədar Çin hökumətinə və 4 hökumət rəsmisinə sanksiya verdi.

Bu barədə ABŞ Xəzinə Departamentinin saytında məlumat verilir. Bu sanksiyalar Sincan Uyğur Muxtar Bölgəsinin Kommunist Partiyasının Katibi Chen Quanquo və onun müavini Zhu Hailun, həmçinin Sincan İcitmai Təhlükəsizlik Bürosu və Kommunist Partiyası katibi Vanq Minqshan və bu qurumun keçmiş partiya katibi Huo Liujinə qarşı nəzərdə tutldu. Kommunist partiyası və Təhlükəsizlik İdarəsi kimi qurumlara, adı çəkilən rəsmilərə Sincandakı müsəlman-türk uyğurlar ilə digər etnik azlıqları hədəf alan və onlara qarşı törədilən ağır fiziki zorakılıq halları və ciddi insan haqqları pozuntuları ilə əlaqədar bu sanksiyalar qəbul edildi.  

Suveren.az