İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının ofisi açılacaq

10/07/2020 - 00:58 6 067 0   0  

Türkiyə səhiyyə naziri Fəxrəddin Koca, İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının (WHO) ofisinin açılacağını açıqladı.

Suveren.az bu barədə "Voice of America" ya istinadla bildirir. Koca açıqlamanı, ÜST (WHO) Avropa Regional direktoru Hans Klugenin Türkiyəyə təşkil olunan ziyarəti əsnasında verdi. Kluge, təmasları çərçivəsində Fəxrəddin Koca ilə görüşdü. Görüşmədən sonra mətbuat konfransı keçirildi. ÜST-nın Türkiyədəki ofisinin tez zamanda açılmasını və ən qısa müddətdə fəaliyyətə başlamasını nəzərdə tutduqlarını söylədi.