Rizvan Talıbov uzaqlaşdırıldı

09/07/2020 - 13:31 7 303 2   0  

8 iyul 2020-ci il tarixində Qərbi Azərbaycan İrəvan Respublikasının Sədarətinin Qafar Çaxmaqlının sədrliyi ilə növbəti genişləndirilmiş videokonfransı keçirilmişdir. Konfransda Respublikanın yaradılması ilə  bağlı bir sıra aktual məsələlərdən danışılmış, konseptual əhəmiyyət kəsb edəcək siyasi və hüquqi məqamlara açıqlıq gətirilimişdir. Toplantıda həm də QAİR-da departament rəhbəri olan Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbovun sosial şəbəkələrdə yaydığı bir paylaşımın Respublikanın məramları ilə üst-üstə düşmədiyi qeyd edilmiş və iştirakçılar tərəfindən kəskin şəkildə  pislənilmişdir. Belə fikirlərin millətimizin ən çox ehtiyac duyduğu milli birliyimizə, bütövlüyümüzə zidd olduğu qeyd edilərək, Rizvan Talıbovdan  bu statusun silinməsi və paylaşımlardan qaldırması və üzr istəməsi tələb edilmişdir. Rizvan Talıbov Qərbi Azərbaycan İrəvan Respublikasının bütün strukturlardan istefa vermiş və bu istefa Millət Şurası tərəfindən qəbul edilmişdir.

Qərbi Azərbaycan İrəvan Respublikası qəti şəkildə bəyan edir ki, Azərbaycan xalqının birliyi və bütövlüyü, vətən torpaqlarının birləşdirməsi, tarixi torpaqlarımıza qayıdışı kimi, Qarabağ probleminin həllində millətimizin və dövlətimizin yanında olmaq kimi müqəddəs missiyası vardır. Bu müqəddəs mərama xələl gətirəcək hər hansı addıma bundan sonra da adekvat qərarlar veriləcəkdir.

Qərbi Azərbaycan İrəvan Respublikası Mətbuat Xidməti