Ayasofiyaya Fateh Sultan Mehmetdən sonra prezident Rəcəb Tayyib Ərdoğan tərəfındən 2-ci dəfə İslam möhürü vurulmasına çox az müddət qalsa da Rusiyadan ard-arda açıqlamalar gəlir. Kremlin mətbuat katibi Dmitri Peskov, "Ayasofiyaya yönəlmiş təhdid, bütün xristian mədəniyyətinə və dolayı yolla mənəviyyatımıza və tariximizə bir təhdiddir" dedi.
Suveren.az bu barədə "Ahaber"ə istinadla bildirir. Türk tarixinin ən böyük dövlət adamlarından Fateh Sultan Mehmedin "qələbə möhürü"nü vurduğu Ayasofiyada son mərhələyə girilməsi Rusiyada yüksək səviyyədə narahtlıq yaratdı. Rusiya XİN müavini Sergey Verşininin qalmaqallı ifadələri, sonra Putinin köməkçisi və Kremlin mətbuat katibi Dmitri Peskov da Ayasofiyanın müzeydən təkrar məscidə çevrilməsindən olduqca narahat olduğunu bildirdi.
Almaniyanın türkcə təhrikedici yayınlar edən mətbu organı “Deutsche Welle”nin məlumatına görə, Dmitri Peskov, Ayasofiyanın statusunun Türkiyənin daxili məsələsi olduğunu söylədi. Peskov, türk hökumətinin binanın UNESCO Dünya Mirası Siyahısında olduğunun "diqqətə almasına" ümid etdiklərini bildirdi.
Peskov, "Ayasofiya Rusiyalı turistlər üçün turistik dəyəri ilə yanaşı dərin müqəddəs mənəvi dəyəri də olan və bütün ölkələrdən Türkiyəyə gələn ziyarətçilər iüçün dünyanın müqəddəs şah əsəridir" ifadələrini işlətdi.
Sergey Verşinin də jurnalistlərə verdiyi açıqlamada binanın "dünyəvi əhəmiyyətinin diqqətə alınmasını ümid etdiklərini" söylədi.
Bu azmış kimi, rus ortodoks kilsəsi patriarxı Kirill də Ayasofiyanın müzey statusundan çıxarılaraq məscidə çevrilməsi səylərindən "dərin narahatlıq" duyduqlarını açıqladı.
Ayasofiyanı “xristian mədəniyyətinin ən böyük abidələrindən biri" kimi qiymətləndirən Kirill, "Ayasofiyaya yönəlmiş təhdid, bütün xristian mədəniyyətinə, dolayısı ilə mənəviyyatımıza və tariximizə təhdiddir" dedi.
"Hər rus ortodoks, bu günə qədər Ayasofiyanı böyük bir xristian məbədi olaraq görmüşdür" deyən Kirill binanın quruluşunun dəyişdirilməsinin rus xalqında "dərin bir acıya" səbəb olacağını söylədi.
Peskovdan Ayasofiya hönkürtüsü: "Mənəviyyatımıza və tariximizə bir təhdiddir"

Bölmənin xəbərləri