Britaniya şahzadəsi Albert Endryü pedofil Cefri Epşteyn ilə bağlı istintaqdan qaçır

05/07/2020 - 17:21 6 766 1   0  

Cefri Epşteyn qurbanlarının vəkilinin sözlərinə görə, Şahzadə Endryü “qəsdən hakimyyət orqanlarından yayınır”, belə ki, York Hersoquna istintaqa ifadə verməsi üçün təzyiq güclənir.

Suveren.az bu barədə "The İndependent" nəşrinə istinadla bildirir. Maliyyəçinin onları rüsvay etdiyini iddia edən 55 qadının vəkili Bred Edvards bildirir ki, onun fikrincə Endryü ABŞ hüquq mühafizə orqanlarına istintaqın gedişinə kömək edə biləcək məlumatlara malikdir. Edvards “Sky News” kanalına verdiyi müsahibədə bildirib ki, şahzadə ilə “ən azı 3 dəfə” əlaqə saxlamaq istəyib, amma 60 yaşlı şahzadə “bildiklərini bölüşmək”dən imtina edib. Şahzadənin nümayəndələri əvvəllər onun özünü FTB-nin ixtiyarına verməməsini təkzib ediblər. Britaniyanın ictimai xadimi Qislen Maksvelə pedofiliyada ittiham olunmuş Epşteynin əməllərinin araşdırılması ilə bağlı bir neçə cinayətlə bağlı ittiham elan olunub. Epşteynin partnyoru və rəfiqəsi olan xanım Maksvel yetkinlik yaşına çatmayan kiçikyaşlı qız uşaqları ilə qəddar davranışda və cinsi istismarda günahlandırılır. İttihamçılar bildirirlər ki, onun qurbanlarından biri 14 yaşında olub. Şəbəkə keçən il insan ticarətində ittiham olunan Epşteynin həbsindən bir ilinin tamamına bir neçə gün qalmış Maksvellə qapadıldı.

Epşteyn Manhettendəki həbsxanada kamerada asılmış şəkildə tapıldı, Nyu-York məhkəmə tibb ekspertizası bunun intihar olduğunu açıqladı. Maksvell bir neçə aylıq qaçışdan sonra New-Hampshire-dəki malikanəsində “imtiyazlı həyat” yaşayaraq gizləndi. Daha sonra isə o video konfrans vasitəsilə məhkəmədə iştirak etdi.

Hal-hazırda Endryü BBC-də keçən ilki müsahibəsiylə bağlı FTB-də ifadə vermək üçün daha çox təzyiqlərə məruz qaldı. Epşteynin ittihamçılarından bəzilərini təmsil edən ikinci vəkil deyir ki, hersoqun susması “qurbanların işgəncəyə məruz qalması” ilə nəticələnib. Qloriya Ollred həmçinin iddia edir ki, şahzadə amerikalı detektivlərdən yayınır. “Məsələ bundadır ki, şahzadə Endryü nə vaxt bildiklərini deyəcək? O bunu mütləq etməlidir. Zamanı uzatmadan etməlidir”,-deyə vəkil “Sabahın xeyir, Britaniya” qəzetinə müsahibəsində deyir. “Qurbanlara həqiqəti bilməmək çox çətindir. Şahzadə Endryünün qurbanları məruz qoyduğu işgəncə eyni tipli işgəncədir. Daha çox bəraət, daha çox ləngimə qurbanlar üçün çox ağırdır. Bu ədalətsizlikdir”.

Suveren.az