“Korrupsiyalaşmış qüvvələr ciddi bir çətəyə, Azərbaycan dövləti üçün təhlükəyə çevriliblər”
Bugünlərdə Turan Partiyasının Başqanı Cahandar Bayoğlu sosial şəbəkə hesabında qeyd edib ki, Qarabağın azadlığı, qaçqın problemi, korrupsiyasız Azərbaycan, virusa qarşı mübarizə sahəsiində mübarizənin detalları və dövlətin milli hədəfləri elan edilməlidir. Onun fikrincə, bunun üçün bütün siyasi partiyalar bir araya gəlməli, ortaq bir sənəd dərc olunmalıdır.
Cahandar Bayoğlu bhesab edir ki, milli məsələlərin çözülməsi üçün iqtidarlı-müxalifətli partiyaların və dövlət yetkililərinin bir arada olduğu bu toplantıda aşağıdakı razılaşma əldə edilməlidir:
1. Milli məsələlərdə iqtidar-müxalifət ayrı-seçkiliyi olmur;
2. Müxalifət və iqtidar arasında anlaşlmazlıqların aradan qaldırılması üçün partiyaların razılığıyla müstəqil ziyalılardan ibarət “Milli Etimad” qurumu yaradıllır;
3. Dövlət başçısına başladılan kadr islahatlarının davam etdirilməsi üçün tam dəstək verilir;
4. Hakimiyyət strukturlarına xalq nəzarətinin həyata keçirilməsi mexanizi ilə bağlı anlaşma əldə olunur.
5. Qeyri-etik siyasi davranışlar qəbulolunmaz sayılır, xalq qınağına verilir;
6. Razılaşmanı qəbul etməyən partiyalar qanundankənar elan edilir və fəaliyyəti qadağan olunur.
Maraqlıdır ki, Cahandar Bayoğlu indiki durumda bütün siyasi partiyaların bir araya gəlməsini və irəli sürdüyü təkliflərin qəbul olunmasını nə dərəcədə mümkün hesab edir? “Hürriyyət”in bu və digər suallarına cavab almaq üçün Cahandar Bayoğlu ilə söhbətləşdik.
– Mən hesab edirəm ki, bu birlik iradəmizdir və dövlətimizin, millətimizin taleyi məsələsidir. Hansısa partiyanın gəlib-gəlməcəyini söyləmək doğru olmazdı. Amma gəlməyəcəksə, bu, artıq Azərbaycan adına fəaliyyət göstərən partiyaların məsələsidir.
– Sadaladığınız milli məsələlərimizin çözülməsi üçün Sizin təklifinizə iqtidar və müxalifət partiyalarından hər hansı qarşılıq cəhdləri müşahidə edirsiniz?
– Biz mövcud şəraiti dəyərləndirib öz təklifimizi vermişik. İctimai rəydə bu, var. Hər halda, bizim yazılarımızı müxalifət partiyalarının nümayəndələri də, iqtidar yetkililəri də oxuyur. Onlar buna ehtiyac duymurlarsa, hələ bunu məqsədəuyğun saymırlarsa, bu, bir siyasi naşılıq olar. Azərbaycanın bügünkü düşdüyü durum hər kəsə bəllidir. Ölkədə “Çin virusu”nun getdikcə yayılması və ona qarşı mübarizədə ümummilli iradə ortada yoxdur, hərə bir yana çəkir, fərqli fikirlər səsləndirir, daha çox ajiotaj yaradılır. Bu da xalqın içərisində virusa qarşı mübarizənin təşkilini zəiflədir. Belə bir durumda virusun yayılması sürətlənir. Bu da irəlidə bizim üçün böyük təhlükələr törədə bilər. Ən azından virus daha çox sürətlə yayılarsa, bu, daha ciddi tədbirlərin tətbiqi ilə nəticələnməli olar ki, nəticədə Azərbaycanda iqtisadiyyatımızın tamamilə məhvinə gətirə, dövlətin çökməsi ilə nəticələnə bilər. Buna qətiyyən yol vermək olmaz. Bizim düşüncələrimizə görə, şüurlu surətdə, milli etimada dayanaraq, dövlət və millət iradəsinin bir bütünlüyü, siyasi qüvvələrin ortaq iradəsi şəraitində xalqın da virusa qarşı mübarizəsi daha düzgün təşkil olunmuş olar. Belə bir şəraitdə iqtisadiyyatın durdurulması deyil, əksinə iqtisadiyyatımızın gücləndirilməsi haqqında düşünməliyik. Təbii ki, iqtisadiyyatı çökən dövlət özü də çökər. Buna qətiyyən yol vermək olmaz. Belə bir durumu göz önünə almayan kimlər varsa, mən hesab edirəm ki, onlar siyasətdə naşıdırlar və siyasətdən getməlidirlər. Elə çıxır ki, xalq onda öz sözünü deməlidir.
-“Milli məsələlərdə iqtidar-müxalifət ayrıseçkiliyi olmur” deyirsiniz. Əksər müxalifət partiyaları Qarabağın, işğalı altında olan torpaqlarımızın müharibə yolu ilə qaytarılacağını mümkün hesab edirlər. İqtidarın isə müharibəyə başlamaq niyyəti yoxdur, danışıqlar da uzun illərdir davam edir. Bu halda, fikirlərin uzlaşması necə mümkün ola bilər?
– Dünya praktikası, dövlətlərin qurulması, xüsusilə türk dövlət ənənələrinin tarixi var. Bütün savaş, təbii fəlakətlər, millətin və dövlətin üzərinə olacaq bütün təhlükələr dönəmində ortada milli iradə olur, bütün qüvvələr bir araya gəlir və ona qarşı mübarizə təşkil olunur. Əgər belə olmursa, bu, həmin dövlətin və millətin zərəri ilə nəticələnir. Bu gün müxalifət müharibə istəyir, iqtidar bunu istəmir, bu, ayrı bir mövzudur. Yanaşmalar fərqli ola bilər, amma hər kəs Qarabağın azad olunmasını istəyir. Bu baxımdan da biz Qarabağın azadlığı məsələsində ortaq hərəkətlənmələrdə bir olmağa məcburuq. O cümlədən də bilirsiniz ki, Azərbaycanda ciddi surətdə korrupsiya mühiti yaranıb. Ölkədə dövlət strukturlarını ələ keçirən mafioz qruplaşmalar, Azərbaycanı diz çökdürməyə hazır olan qüvvələr bütün strukturlarda yerləşiblər. Onların hökmən Azərbaycan iqtisadiyyatı üzərində olan parazit davranışları tamamilə sıfırlanmalıdır ki, xalq rahat nəfəs alsın və eyni zamanda mülkiyyətin bərabərliyi, xalq arasında bölünməsi, bütün insanlarımızın ondan yararlanması da gerçəkləşmiş olsun.
Bunun kimi, sadaladığımız milli məsələr içərisində virusa qarşı mübarizə də var. Bu məsələlərdə hər hansı bir fikirayrılığı ola bilməz. Hər kəs bir araya gəlməlidir. Bilirsiniz, biz bir fikir də səsləndimişik ki, əgər bu ortaq sənədə əməl etməyən və onun imzalanmasında iştirak etməyən siyasi qurum olacaqsa, onda artıq biz deyəcəyik ki, bəli, bu siyasi qurum “5-ci kolon”dur, bu siyasi güc Azərbaycan üçün yaranmayıb, ona qarşı yaranıb. Ona görə, həmin siyasi qurumun da qanunlarla Azərbaycan siyasi səhnəsindən gedilməsi təmin edilməl, cəzalanmalı və xalq tərəfindən kənarlaşıdırılmalıdır.
-Qeyd etdiyiniz ortaq siyasi sənədin icrası ilə bağlı yaxın günlərdə hərəkətə keçmək fikriniz var?
-Bu fikri müəyyən mənada ictimai rəyə təqdim etmişəm. Hesab edirəm ki, bu və ya digər formada bu, artıq müzakirə olunur, hər bir kəs özü-özlüyündə müzakirə edir. Yaxın zamanlarda biz bununla bağlı müxtəlif siyasi partiyalarla məsləhətləşmələr aparacağıq. Bizim məsləhətləşmələrimiz iqtidar-müxalifət anlayışı daşımır. Hesab edirik ki, özünü siyasi partiya sayan və Azərbaycanın siyasi həyatında iştirak edən, etmək istəyən hər kəs bu toplantıya qatılmalıdır və ortaq sənədi də imzalamalıdır. Kimlərsə bu toplantıda maraqlı olmayacaqsa, o, artıq Azərbaycanın əleyhinə olan qüvvə kimi dəyərləndiriləcək.
– Müxalifət və iqtidar arasında anlaşılmazlıqların aradan qaldırılması üçün partiyaların razılığıyla yaradılan müstəqil ziyalıların “Milli Etimad” qurumu bu problemi aradan qaldırmağa kömək edə bilər? Çünki iqtidar və müxalifət arasında anlaşılmazlıqların kökü çox dərindir…
-Biz ancaq milli məsələlərdə bu qurumun yaranmasını istəmişik. Qarabağ məsələsində, eyni zamanda virusa, korrupsiyaya qarşı mübarizədə niyə iqtidar-müxalifət arasında anlaşılmazlıq olmamalıdır? Bu kimi məsələləri biz düşündükcə eyni zamanda hesab edirik ki, ayrı-ayrı partiyaların problemləri, digər dəyərlər, ideoloji xətlər var. Biz bu gün onlarla danışmırıq. Biz hesab edirik ki, ancaq milli məsələlərdə bu etimad qurumu yaradılmalıdır. Ona görə ki, müxtəlif fikirlər səslənəndə, ayrı-ayrı qüvvələr haqqında müxtəlif yanlış fikirlər ortaya çıxanda bu qurum dövriyyəyə girir, hər iki tərəflə müəyyən məsləhətləşmələr aparır və bu məsləhətləşmələrdən sonra bu dolğun fikrin nə olduğunu araşdırıb, təsdiq edib, sonra da bütün tərəflərə bilgi verir. Doğlun bilgi verəndən sonra da qüvvələr arasında hansısa anlaşılmazlığın yaranması aradan qaldırılır. Qurumun adı şərtidir. Ona görə, etimad qurumu olur ki, həm iqtidar, həm də müxalifət tərəfindən qəbul olunan Azərbaycanın seçilən aydınlarından ibarət olur, yəni onların sabah verdiyi rəylər, apardığı araşdırmalar müəyyən şübhələr doğurmasın.
– Ölkədə başladılan kadr islahatlarının davam etdirilməsi üçün müxalifət partiyalarının dövlət başçısına tam dəstək verməsini irəli sürürsünüz. Ancaq bəzi partiyalar heç islahatların aparıldığını qəbul etmirlər. Digər tərəfdən, siz də qeyd etdiniz ki, ölkədə korrupsiya var, qanunlara əməl olunmur, insan hüquq və azadlıqları pozulur. Bu halda, kadr islahatlarını partiyaların hamısı necə dəstəkləyə bilər?
-Bilirsiniz, fövqalədə hallar olanda, savaş halında, virusa qarşı mübarizənin özündə də bu gün insan hüquq və azadlıqları müəyyən mənada məhdudlaşdırıla bilər. Necə ki, məhdudlaşır. Heç kim deyə bilməz ki, virusa qarşı karantin niyə elan olunur? Niyə mənim şəhərdə sərbəst gəzməyimin qarşısı alınır? Eyni zamanda müəyyən məhdudiyyətlər var, insanlara deyirlər ki, “maska taxın, məsafəli gəzin”. Heç kim bu şərtləri poza bilməz ki. Bu, artıq fəlakətə qarşı bir mübarizədir. Bu da insan haqlarının və azadlıqlarının müəyyən mənada məhdudlaşması deməkdir. Eyni zamanda korrupsiyaya qarşı mübarizə də, Qarabağ uğrunda mübarizə də milli məsələdir. Biz bu məsələlərin müzakirəsində qəbul etdiyimiz qərarların icrası üçün, təbii ki, insan haqqlarının və azadlıqlarının müəyyən mənada məhdudlaşmasını qəbul etməliyik. Hətta dünya praktikasında müharibə olanda belə, siyasi partiyaların fəaliyyəti dayandırılır. Burada fəlakətli bir şey yoxdur ki. Biz sadəcə problemin nə qədər ciddi olduğunu qəbul etməliyik. Bilirsiniz ki, ölkədə olan korrupsiyalaşmış qüvvələr ciddi bir çətəyə, Azərbaycan dövləti üçün təhlükəyə çevriliblər. Əgər hər hansı bir müxalifət qüvvəsi belə bir razılaşmaya və prezidentin dövləti bunlardan təmizləmək siyasətinə qoşulmursa, onun qarşısında durursa, bu, o deməkdir ki, həmin siyasi qüvvə korrupsiya qüvvələri ilə iş birliyindədir, onların da vurulmasında maraqlı deyil. Bu, ondan xəbər verəcək və xalq da görəcək ki, bu siyasi qüvvə Azərbaycanda siyasi qüvvə deyil, hər hansı bir dağıdıcı, pozucu, Azərbaycan maraqlarına zidd olan, xarici qüvvələrin əlində oyuncaq olan korrupsiya qüvvələrinin bir uzantısıdır, bu uzantı da korrupsiya qüvvələri ilə bir yerdə təmizlənməlidir.
– Qeyd etdiyiniz o qüvvələrin xaricə işləməsi sübut olunub ki, onlar ölkədə həqiqətən dağıdıcı, pozucu addımlar atmaq istəyirlər?..
– Bu, heç kimə sirr deyil. Siyasi baxımdan da bu haqda Azərbayan mediasında fikilər səslənib ki, bunlar hansı fəaliyyətlə məşğuldurlar, kimlərlə bağlıdırlar. Eyni zamanda onların iqtisadi əlaqələrini yoxlayanda görürsən ki, bunlar bir qüvvə də deyillər, artıq iqtisadi bir imperiya qurublar. Bu imperiyalar artıq şəbəkələşiblər, dünyanın hər yerinə yayılıblar. Eyni zamanda bu şəbəkləşmiş qüvvələrin dünyanın bütün qaranlıq qüvvələri ilə iş birliyinə girdikləri ortalıqdadır. Xüsusilə dövlət hesabına güclənən, hakimiyyətdə təmsil olunub və hakimiyyətin gücü ilə Azərbaycanın iqtisadiyyatını zəli kimi soran, ələ keçirən bu qüvvələrin, dünya miqyasında görünən adamların içərisində erməni belə, var. Bu adamların milli mənsubiyyətini də sanki tanımırlar. Bu adamlar milləti tanımırlar, ermənilərlə də, Azərbaycanı dağıtmaq istəyən qüvvələrlə iş birliyinə girirlər. Məhz bu baxımdan onlar çox zərərlidir, hökmən onların qarşısı alınmalıdır ki, Azərbaycan dövlətini, bizim milli duruşumuzu tamamilə fəlakətə apara bilərlər.
-Necə düşünürsünüz, sadaladığınız milli problemlərlə bağlı iqtidar mediasının “radikal müxalifət” kimi təqdim etdiyi AXC və Müsavat, o cümlədən də Əli İnsanovun rəhbəri olduğu Haqq Ədalət Partiyası sizin təkliflərinizi dəstəkləyəcək?
-Biz təkliflərimzin millətin və dövlətin xeyrinə olduğunu düşünürük. Kimin dəstək verib-verməməyini öncədən söyləmək niyyətində deyilik, prosesin gedişatına bağlıdır. Əgər onlar dəstək verəcəksə, biz onlara təşəkkür edəcəyik və ola bilsin ki, müəyyən fikirlərimizdə yanılmışıq, fikirlərimizi düzəldəcəyik. Yox, əgər dəstək verməyəcəklərsə, təbii ki, onlar da böyük sual altında qalacaqlar.
– Cahandar bəy, ölkədə məhkəmələrdə qanunlara məhəl qoyulmur, əksər dövlət qurumlarında insanlar süründürməçiliklərə məruz qalır, hüquqları pozulursa, hakimiyyət strukturlarına xalq nəzarətinin həyata keçirilməsi necə mümkün ola bilər? Çünki hakimiyyət tərəfindən xalqa elə bir imkan da yaradılmır.
-Bilirsiniz, şəffaf işləyən bir məmur, ya dövlət qurumu heç zaman onun üzərində xalq nəzarətindən çəkinməz. Daha yaxşı, onun üçün gözəl olar ki, xalq onun fəaliyyətini bilər. Onun dövlət və millətə işləməyi haqqında geniş məlumat yaya bilərlər və fəaliyyəti davamlı işıqlanar. O da Azərbaycanın bir vətəndaşı, Azərbaycan türklərinin bir övladı kimi xalq arasında böyük hörmət sahibi olar. O insanlar xalq nəzarətini istəmir ki, onlar artıq qaranlıq işlərlə məşğuldurlar, qaranlıq qərarlar qəbul edirlər, qaranlıq adamlardan əmrlər alırlar, dövlətin və millətin iradəsinə deyil, hər hansı bir çətənin, qrupun maraqlarına xidmət edirlər. Təbii ki, belə adamlar öz üzərlərində xalq nəzarətinin olmasını istəməz. Biz xalq nəzarətinin olmasını ona görə istəyirik ki, sabah hər hansı bir insanı korrupsiyaya qarşı mübarizədə, yaxud digər fəaliyyətlərində onun haqqında yanlış fikirlər yaradılanda xalq nəzarəti olandan sonra hamı deyəcək ki, “yox, bunun haqqında deyilən fikirlər yanlışdır”. Eyni zamanda müəyyən adamlar var, süni surətdə qəhrəmana çevrilir. Xalq nəzarəti olandan sonra bilincək ki, bu adam yalançı bir qəhrəmandır. Əksinə böyük imperiyaya sahibdir, Azərbaycan dövlətinin maraqlarını tapdalamağa hazır olan adamdır və belə bir şəraitdə də xalq, ictimai rəy onun haqqında fikirləri doğru biləcək, dövlət, aidiyyatı qurumlar onun haqqında ölçülər götürəcəklər. Bu baxımdan da biz xalq nəzarətinin təşklini ona görə həm də gündəmə gətiririk ki, cəmiyyətdə yanlış informasiyalar yaranmasın. Bunun üçün “Milli Etimad” qurumu da hər hansı bir prosesdə bu işlərin içinə girə bilər. Yəni anlaşılmazlıq olanda “Milli Etimad” qurumunun özünün də bir rəyi olsun ki, “bəli, bir hadisə olub, ya olmayıb”. Xalq nəzarəti müxtəlf vasitələrlə həyata keçirilə bilər. Mətbuat orqanları vasitəsilə bunu həyata keçirmək olar. Ayrı-ayrı tanınmış qurumların, dövlətə və müxalifətə bağlı olmayan müstəqil insanların iştirakı ilə müəyyən qurumlar yaradıla bilər ki, onlar sektorlar, nazirlər və qurumlar üzərində müəyyən xalq nəzarətinin təşkil olunmasını həyata keçirə bilərlər ki, bu, Azərbaycan dövləti üçün çox vacibdir. Çünki dövlət və millət arasında olan uçurum hökmən aradan qaldırılmalıdır.
-“Qeyri-etik siyasi davranışlar qəbul olunmaz sayılır, xalq qınağına verilir” deyirsiniz. Ancaq parlamentdə dəfələrlə bəzi deputatlar qeyri-etik fikirlər səsləndirib, hətta xalqı aşağılayıb. Həmin şəxslər xalqın qınağına tuş gəlsə də, bu, zaman-zaman davam edir. O cümlədən də siyasi partiya rəhbərləri var ki, qeyri-etik fikirlər səsləndirib, ancaq heç xalqın qınağı da bu məsələni çözə bilməyib…
-Ən böyük dəyişimdə mübarizə xalqın qınağına tuş gəlməkdir. Çünki xalq yanlış davranışları doğru dəyərləndiriləndən sonra, xalqın özü yanlış rəylərin üzərində siyasi fikir formalaşdırmayanda gerçək fikirlər üzərində fikirlərini formalaşdırdığında Azərbaycan mühiti, xalqımızın inkişafı üçün yad davranışların hamısını tamamilə seçmiş olacaq və belə davranışları olan adamları hökmən kənarlaşdıracaq. Onlar sonra nə parlamentdə millət vəkili, nə partiya sədri, nə cümhur bakanı, nə də baş bakan ola bilər. Xalqın məhz doğru fikri bilməsi və qeyri-etik davranışlara qarşı təpkisi hökmən vacibdir.
-Qeyd etdiyiniz razılaşmanı qəbul etməyən partiyaların fəaliyyətinin qadağan olunması demokratik dəyərlərə sayğısızlıq olmazmı? Çünki demokratik ölkələrdə fikir plüralizmi, söz, fikir azadlığı normal qəbul olunur…
-Mən fikir plüralizminin məhdudlaşdırılması haqqında danışmadım ki. Mən Azərbaycanın milli məsələlərində Azərbaycan dövləti və milləti ilə bir yerdə olmayan qüvvələr haqqında deyirəm ki, bu qüvvələrin Azərbaycanda olması, bugünkü Konstitusiyamıza görə fəaliyyət göstərmələri doğru sayılmır və eyni zamanda onların fəaliyyəti “Partiyalar haqqında” qanunundan da kənar fəaliyyət kimi dəyərləndirilir. Çünki özləri-özlərini qanundan kənarlaşdırırlar. Özlərini qanundan kənarlaşdıran qüvvələr və şəxslər qanun qarşısında cavab verib cəzalanmalıdırlar.
– Amma bütün hallarda fikrinizdə, fikir plüralizminə qarşı çıxış var. Çünki o partiyaların fəaliyyətinin qadağan olunması onların fikrlərinin boğulması, səslərin kəsilməsi deməkdir.
-İstənilən bir cəmiyyətdə (dünya dövlətlərində də belədir) cinayətlə məşğul olan ünsürlər cəmiyyətdən təcrid olunamalıdır və cəmiyyətin əxlaqi dəyərlərinin pozulması, ictimai xarakter olaraq onlarda müəyyən cinayətə meylliliyin qarşısının alınması heç zaman fikir plüralizminin qarşısını almaq kimi dəyərləndirilə bilməz. Əslində, bu, özü cinayətə qarşı bir mübarizə metodudur.
-Onları hanısa bir quruma daxil olmamaqda ittiham edərək cinayətlə məşğul olduğunu söyləmək doğrudur? Onu konkret faktlarla sübut etmək lazım deyil?
-Konkret faktlar Azərbaycanın milli məsələsidr, ya Qarabağ məsələsi, ya korrupsiyaya, ya da virusa qarşı mübarizədir və digər milli məsələlərimiz var. Tutaq ki, zəlzələ olub, Azərbaycanın yarısı dağılır. Əgər o gəlib dövlətlə, hamı ilə birgə iştirak etməyib, siyasi konyuktura ilə məşğul olub, dağıdıcı və pozucu fəaliyyət göstərirsə, o, artıq özünü tamamilə Azərbaycana qarşı qoyur. O, hüquqa qarşı olduğuna görə, huqüq da onun qeyri-qanuni davranışlarının qarşısını almağa borcludur. Bunun üçün də təbii ki, istintaq prosesləri var, xalqın özünün o hadisəyə münasibəti, istintaq prosesinin gedişatında qanun pozuntularının aşkarlanması var, aşkarlandıqca da onların cəzalanması var. Burada qeyri-adi bir şey yoxdur.
“Azərbaycanı diz çökdürməyə hazır olan qüvvələr bütün strukturlarda yerləşiblər” – CAHANDAR BAYOĞLU

Şamo EMİN, Hurriyyet.org
Bölmənin xəbərləri